04 may 2017-ci il tarixində Bakı Dövlət Universitetində tələbələrin Fizikaya aid “Mənim elmdə ilk addımlarım” adlı II respublika elmi konfransı öz işinə başlayıb. Bakı Dövlət Universitetinin Fizika fakultəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasını BDU-nun rektoru, akademik Abel Məhərrəmovun adından BDU-nun Elm və innovasiyalar üzrə prorektoru AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açıq elan edərək bu cür konfransların tələbələrin elmi dünya görüşünün formalaşmasılnda xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi. O bildirdi ki, BDU tələbələri ilə yanaşı Respublikamızın digər qabaqcıl ali təhsil müəssisələrinintələbələri də iştirak etdiyi konfrans işini bölmə iclaslarında davam etdirəcək və konfransın işinə uğurlar arzuladı.
Fizika Fakultəsinin dekanı professor Məhəmmədəli Ramazanov çıxış edərək istedadlı tələbələrin aşkar edilməsi və bu konfransın beynəlxalq müstəviyə çıxarılması istiqamətində öz tövsiyələrini verdı və konfransın işinə uğurlar arzuladı.Qeyd etdi ki,konfransda 55 məruzə dinləniləcək və bu keçən ilki ilə muqayisədə üç dəfə çoxdur.Sonra Tələbə Elmi Cəmiyyətinə fəaliyyətlərinə görə dərin təşəkkürünü bildirdi. Konfrans işini Fizika-1, Fizika-2, Fizika -3 bölmələrində davam etdirib.
Konfransın materialları dərc edilmişdir.