Home Aze Ru Eng

BDU Ümumi fizika və FTM kafedrasında seminar keçirilib

12/04/2022

12 aprel 2022-ci il tarixində Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının seminarı keçirilib. Seminarda kafedranın professoru Yusif Nurullayev “TlİnSe2 kristalının elektrofiziki xassələrinə nadir torpaq elementlərinin təsiri” mövzusunda məruzə edib. O, qeyd edib ki, müasir materialşünaslığın vacib sahələrindən biri praktik əhəmiyyətli dayanıqlı xassəli yarımkeçirici birləşmələrin alınması,tədqiqi və onların fiziki xassələrinin məqsədyönlü istiqamətdə idarə olunma üsullarının işlənməsidir və bu baxımdan AIII BIII C2IV tipli birləşmələr qrupuna daxil olan TlİnSe2 tipli bərk məhlul kristalı xüsusi yer tutur. Bu kristallar spektrin infraqırmızı oblastında işləyən optoelektron cihazların və müxtəlif detektorların hazırlanmasında geniş istifadə olunur. Amma belə materialların geniş praktik tətbiqinə mane olan mühüm amillərdən biri müxtəlif təcrübi şəraitdə cihazların parametrlərinin pozulmasına səbəb olan müxtəlif təbiətli struktur defektlərinin və kristalda müxtəlif təbiətli aşqarların konsentrasiyasının yüksək olmasıdır. Bu məqsədlə, TlİnSe2 kristalında defektlərin təsirini kompensasiya etmək məqsədilə əsas matrisa müəyyən atom faizli nadir torpaq elementləri ilə (Dy, Eu- elementləri ilə) aktivləşdirilir.

Məruzədə  x=0,01;  0,03;  0,05;  at. % Dy və Eu atomları ilə aktivləşdirilmiş  Tlİn-x DyxSe2,

Tl İn1-xEuxSe2 bərk məhlul kristalının termoelektrik xassələri 100¸600K temperatur intervalında tədqiqi haqqında məlumat verildi. Seminar məruzə ətrafında müzakirələrlə və sualların cavablandırılması ilə başa çatdı.










Bookmark and Share