Home Aze Ru Eng

14 aprel 2017-ci il tarixində Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika Bugün adlı elmi seminar keçirilib

14/04/2017
14 aprel 2017-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri dosent Arif Orucov açıq elan edib və belə seminarların tələbələrin elmi dünya görüşünün inkişafındakı əhəmiyyətini qeyd edib. Sonra üçüncü kurs tələbəsi Güləhmədov Orxan "İstilik ölümü", və üçüncü kurs tələbəsi Həşimli Zeynəb "Ulduzlara səyahət" mövzularında məruzələr ediblər. Tədbirdə Fizika fakültəsinin müəllim və tələbələri iştirak etmişdir.
Seminar tədbir iştirakçılarının marağına səbəb olub.
Bookmark and Share