17 dekabr 2015-ci il tarixdə BDU-nun Fizika fakültəsində «FİZİKANIN AKTUAL PROBLEMLƏRİ» VIII RESPUBLİKA ELMİ KONFRANS keçirilmişdir. Konfransı giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru AMEA-nın müxbir üzvü Aydın Kazımzadə Fizika fakültəsinin nailiyyətlərindən danışaraq qeyd etdi ki, Fizika fakültəsi Bakı Dövlət Universitetinin aparıcı fakültələrindən biridir. Fakültədə 9 kafedrada 83 professor müəllim heyəti çalışır və onlardan 24 elmlər doktoru, 25-i professordur. Fakülltə alimlərinin elmi əsərləri dünyanın aparıcı elmi nəşriyyat arında dərc edilir. Yalnız bir faktı qeyd etmək yerinə düşər ki, 2014-cü ildə Universitet fizikləri cəmi 51 məqalə Tomson Reyter Agentliyinin (37 məqalə Fizika fakültəsi) sırasına daxil olan jurnallarda dərc etdirmişlər. Bu BDU üzrə bu jurnallarda dərc edilmiş məqalələrin 30%-ni təşkil edir. Fakültədə 956 bakalavr, 80 magistr, 33 doktorant təhsil alır. Fakültədə yaradılmış elmi mühit gənclərin elmə gəlməsinə şərait yaradır. Fakültədə ayda 2 dəfə magistrlərin seminarı, ayda bir dəfə professor müəllim heyətinin elmi seminarı keçirilir.O qeyd etdi ki, konfrasda 70 məruzə dinləniləcək və bu məruzənin 2-si plenar iclasda dinlənəcək. Konfransın işində respublikanın 15 Ali təhsil və elm ocaqlarının əməkdaşlarının məruzələri məruzə ediləcək. Plenar iclasdan sonra konfrans öz işini 4 bölmədə nəzəri fizika və astrofizika (13 məruzə), bərk cisimlər və yarımkeçiricilər fizikası (17 məruzə), fiziki elektronika (18 məruzə), nanotexnologiyalar və molekulyar fizika(22 məruzə) davam etdirmişdir.