Home Aze Ru Eng

17 mart 2017-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Fizika Bugün adlı elmi seminar keçirilib

17/03/2017

17 mart 2017-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Seminarı Tələbə Elmi Cəmiyyətin sədri dosent Arif  Orucov açıq elan edib və belə seminarların tələbələrin elmi dünya görüşünün inkişafındakı əhəmiyyətini qeyd edib. Sonra birinci kurs tələbəsi Heydərova Aytac "Bernulli tənliyinin tətbiqləri", üçüncü kurs tələbəsi Bullayeva Şəbnəm "Alternativ enerji mənbələri", ikinci kurs tələbəsi Əhmədli Aynur "Nisbilik nəzəriyyəsi" və üçüncü kurs tələbəsi Səmədov Cənnət "Kvant informasiyası və komputerləri" mövzularında məruzələr ediblər. Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhərrəmov Məhəmməd, Nəzəri fizika kafedrasının müdiri dosent Rəcəbov Mamed, fakültənin müəllim - tələbə heyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak etmişdir.

Seminar tədbir iştirakçılarının marağına səbəb olub.

Bookmark and Share