22 dekabr 2016-cıiltarixdə BDU-nunFizikafakültəsində «FİZİKANIN AKTUAL PROBLEMLƏRİ» IX RESPUBLİKA ELMİ KONFRANSI keçirilmişdir. Konfransı giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru AMEA-nın müxbir üzvü Aydın Kazımzadə Fizika fakültəsinin nailiyyətlərindən danışaraq qeyd etdiki, Fizika fakültəsi Bakı Dövlət Universitetinin aparıcı fakültələrindən biridir. Fakülltə alimlərinin elmi əsərləri dünyanın aparıcı elmi nəşriyyatlarında dərc edilir. Yalnız bir faktı qeyd etmək yerinə düşərki, 2016-cı ildə Universitet alimləri 160 məqalə Thomson Reuters Agentliyinin siyahısına daxil olan jurnallarda dərc etdirmişlər və məqalələrdən 60 məqalə Fizika fakültəsinin payına düşür. Bu BDU üzrə bu jurnallarda dərc edilmiş məqalələrin 38%-ni təşkil edir. O qeyd etdi ki, konfrasda 78 məruzə ilə 130 dan çox məruzəçi çıxış edəcək . Konfrans plenar iclasda və 6 bölmə üzrə keçiriləcək. Xüsusi olaraq qeyd olundu ki, Bakı Dövlət Universitetində Müəllimlik ixtisası açılması ilə əlaqədar əvvəlki konfranslardan fərqli olaraq yeni bölmə “Fizikanın tədrisi metodikası” bolməsi daxil olub. Sonra fizika fakültəsinin dekanı prof.M.Ə.Ramazanov fakültədə prioretet istiqamətlər üzrə aparılan elmi işlərdən danışdı. O, qeyd etdi ki, artıq növbəti ildən fakültə konfransları Beynəlxalq müstəviyə keçərək, daha genış miqyasda keçiriləcək.
Prof.M.Ə.Ramazanov bildirdi ki, konfransın iştirakçıları Bakı Dövlət Universitetinin, Şamaxı Astrofizika rəsədxanasının, AMEA Fizika İnstitutunun,AMEA Radiasiya Problemləri İnstitutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Milli Aviasiya Akademiyasinın, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Qafqaz Universitetinin,Azərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşlarıdır.
Sonra söz plenar məruzəcilərə verildi. Öncə söz fakültənin qocaman müəllimi, boyük alim,prof. S.Q. Abdullayevə verildi. O, “MÜON KOLLAYDERLƏRİNDƏ HİQQS BOZONLARIN REZONANS YARANMASI “ adlı məruzə ilə muəllim-professor, tələbə və qonaqlar qarşısında çıxış etdi. 2-ci məruzə “KRİSTALLAŞMA TEMPERATUR-ZAMAN ŞƏRAİTİNİN PP/Ag2S ƏSASLI NANOKOMPOZİTLƏRİNİN QURULUŞ VƏ XASSƏLƏRİNƏ TƏSİRİ” Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Nuriyeva S.Q. tərəfindən edildi. Məruzə çox maraqla dinlənildi.
Sonra konfrans işini bölmələrdə davam etdi.