22 fevral 2017-ci il tarixdə BDU Elmi Şurasının genişləndirilmiş iclasında Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov “Fizika fakültəsində tədrisin və elmi fəaliyyətin təşkili və təkmilləşdirilməsi haqqında” məruzə ilə çıxış etmişdir. Prof. M.Ramazanov məruzəsində son 5 il ərzində tədris və elmi tədqiqat sahələrində fakültədə görülmüş işlər barəsində məlumat vermişdir. O, qeyd etmişdir ki, hesabat müddətində fakültənin madd-texniki bazasının gücləndirilməsi məqsədilə kafedraların tədris laboratoriyaları demək olar ki, tamamilə yenilənmiş, bu məqsədlə 500 000 ABŞ dollar xərəclənərəkavadanlıqlar və çihazlar alınaraq quraşdırılmışdır. Yeni və müasir laboratoriya avadanlıqları ilə dərslərinin keçirilməsində mövcud olan pərakəndələyin və uyğunsuzluğun aradan qaldırılması məqsədilə laboratoriya işlərinə buraxılma, işlərin aparılması və qəbul edilməsi məsələlərini tənzimləyən “Fizika praktikumu”üzrə laboratoriyadərslərinədair QAYDALAR işlənib hazırlanmış və BDU-nun Elmi Şurasında qəbul olunmuşdur. Bundan başqa, fənn proqramlarının vahid model üzrə hazırlanması təmin edilmiş və fakültə üçün yenidən işlənmiş və artıq tamamlanmaq üzrədir. Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti tələbələrin elmi tədqiqat işlərinə cəlb olunması istiqamətində qurulmuş və bunun nəticəsi olaraq 2016-cı ilin aprel ayında “Mənim elmdə ilk addımlarım” adlı tələbə elmi konfransı keçirilmiş, konfransın materialları kitab şəklində dərc olunmuşdur.
Prof. M.Ramazanov fakültədə eimi tədqiqat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də ciddi işlərin görüldüyünü qeyd etmişdir. Belə ki, həm tədris laboratoriyaların yenilənməsi, həm də elmi-tədqiqat labratoriyalarına yeni müasir avadanlıqların alınması elmi-tədqiqat işlərinin səviyyəsini yüksəltməyə imkan vermişdir. Nəticədə, fakültə alimlərinin Tomson-Reyter agentliyinin indekslənən jurnallarında dərc olunan məqalələrinin sayı ilbəil artmış və bu göstəriciyə görə Fizika fakültəsi 2015-2016-cı ildə Universitet üzrə birinci yerə çıxmışdır. 2006-2016-cı illərdə Respublika üzrəTomsonReyter Agentliyinin indekslənən jurnallarında məqalələri dərc olunan 100 alimdən 25-i Universitet alimləri, onlardan 9-u isə Fizika fakültəsinin alimləri olmuşlar. Prof. M.Ə.Ramazanov fakültə əməkdaşlarının müxtəlif qrant layihələri üzrə gördüyü işlərdən danışaraq, son beş ildə 2 151 456 avro, 120 070 dollar, 1 500000 rubl və 515000 manat dəyərində qrant layihələrinin həyata keçirildiyini, bu işlərin bu gün də uğurla davam etdirildiyini qeyd etmişdir. Hesabat müddətində fakültənin əməkdaşları müxtəlif ölkələrdə elmi konfranslarda məruzələrlə çıxış etmişlər. Eləcə də dünyanın bir sıra tanınmış alimlərinin, o cümlədən, Nobel mükafatı laureatları Laflin Robert Betts, Corc Fitzgerhald Smut və Con Polani və dünyanın bir sıra qabaqcıl ölkələrinin alimlər fakültə əməkdaşları qarşısında mühazirələri təşkil edilmişdir.
Fakültənin saytında Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, şəhid düşmüş və yüksək dövlət mükafatları ilə təltif olunmuş Fizika fakültəsinin məzunları haqqında “Şəhidlər və qəhrəmanlar” linki yaradılmışdır.
Sonda rektor akad. Abel Məhərrəmov Fizika fakültəsinin fəaliyyətini yüksək dəyərləndirmiş və fakültə əməkdaşlarına öz təşəkkürünü bildirmişdir.