23 dekabr 2016-cı il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Seminar Tələbə Elmi Cəmiyyətin sədri Arif Orucovun Giriş sözü ilə başlayıb. "Qara dəliklər", " Fizika və Riyaziyyat fəlsəfi fikirlər" və "Böyük Adron kollayderi və eksperimentləri" mövzuları tələbələr tərəfindən məruzə olunub. Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhərrəmov Məhəmməd, Tələbə Elmi Cəmiyyətinin sədri Arif Orucov, layihə rəhbəri Rəhimzadə Sara, məruzəçilər Piriyeva Dilarə, Həsənzadə Pərvanə, Abbasov Nica tvə fakültənin müəllim və tələbə heyəti iştirak etmişdir.
Seminar tədbir iştirakçılarının marağına səbəb olub.