24 fevral 2017-ci il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Fizika Bugün" adlı elmi seminar keçirilib. Seminar Tələbə Elmi Cəmiyyətinin sədri Arif Orucovun Giriş sözü ilə başlayıb. "Holoqrafiya", "String theory" və "Yer atmosferinin temperaturu" mövzuları tələbələr tərəfindən məruzə olunub. Tədbirdə Fizika fakültəsinin dekan müavini Məhərrəmov Məhəmməd, Tələbə Elmi Cəmiyyətinin sədri Arif Orucov, layihə rəhbəri Rəhimzadə Sara, məruzəçilər Güləhmədov Orxan, Şərəfxanov Nurlan və Zeynallı Pərvanə, fakültənin müəllim və tələbə heyəti iştirak etmişdir.
Seminar tədbir iştirakçılarının marağına səbəb olub.