Home Aze Ru Eng

26 may 2017-ci il tarixdə Fizika fakültəsində magistrantların və gənc tədqiqatçıların FİZİKA və ASTRONOMİYANIN PROBLEMLƏRİ XIX RESPUBLİKA ELMİ KONFRANSI keçirilmişdir

26/05/2017

26 may 2017-ci il tarixdə BDU-nun Fizika fakültəsində magistrantların və gənc tədqiqatçıların «FİZİKA və ASTRONOMİYANIN  PROBLEMLƏRİ» XIX RESPUBLİKA ELMİ KONFRANSI keçirilmişdir. Konfransın açılışı BDU-nun Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Konfransı giriş sözü ilə açan Fizika fakültəsinin dekanı prof. M.Ə.Ramazanov Fizika fakültəsinin əməkdaşlarının və gənc tədqiqatçıların elmi tədqiqat sahələrində əldə etdiyi uğuları diqqətə çatdırmış, son illərdə BDU-nun elmi nailiyyətlərində fakultənin çox önəmli paya malik olduğunu, bir çox göstəricilərə görə universitet üzrə qabaqcıl yer tutduğunu qeyd etmişdir. Sonra “Nanomaterialların kimyəvi fizikası” kafedrasının I kurs magistrantı G.Məhərrəmova “PP+PbS/CdS əsaslı polimer hibrid nanokompozitlərin alınması və optik xassələri” mövzusunda, “Nəzəri fizika” kafedrasının I kurs magistrantı A.Nəbiyeva “Uzununa polyarlaşmış Z- toqquşmasında – bozon cütünün yaranması” mövzusunda plenar məruzələrlə çıxış etmişlər. Daha sonra konfrans öz işini aşağıdakı bölmələrdə

1. nəzəri fizika və astrofizika (11 məruzə)

2. bərk cisimlər və yarımkeçiricilər (28 məruzə)

3. fiziki elektronika (17 məruzə)

4. nanomateriallar və nanotexnologiyalar (9 məruzə)

5. biofizika və molekulyar fizika (11 məruzə)

6. fizikanın tədrisi üsulları (6 məruz)

davam etdirmişdir. Konfransda  84  məruzə ilə 90-dan cox  magistrant və gənc tədqiqatçı çıxış etmişlər. Konfranda Bakı Dövlət Universitetinin, AMEA-nın Fizika institutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantları və doktorantları məruzələrlə iştirak etmişlər.

Bookmark and Share