Home Aze Ru Eng

31-dekabr 2021-ci il - 01 yanvar 2022 -ci il tarixləri üçün Kosmik Hava durumu və proqnozu

30/12/2021

Ötən sutka ərzində Günəş aktivliyi çox aşağı səviyyədə olmuşdur. 2918 (N19W36, Dai / beta-gamma) oblastında,  28/1611 UTC-də bu periodun ən böyük M1/Sf alışması baş vermişdir.  2916 (S17W15, Ekc / beta) oblastı  diskdə ən böyük ləkə olmuş və çox az dağıntıya məruz qalmışdır. 2921 (N29W74, Dso / beta) oblastının sahəsi son 24 saat ərzində artmışdır. Digər sıralanmış oblastlar sakit olmuşlar. Yerə tərəf yönələn CME (Coronal Mass Ejection – Tac Kütlə Atışları) müşahidə olunmamışdır.Günəş aktivliyinin aşağı və 31 dekabr 2021-ci il tarixədək çox böyük olmayan ehtimalla M sinif ((R1-R2; nəzərə alınmayan, zəif -radiosiqnalların pozulması) alışmaların  olacağı gözlənilir.Günəşdən gələn zərrəciklər selinin parametrləri fon səviyyəsindədir. 30 dekabr 2021-ci il tarixi üçün elektronlar selinin enerjisinin artacağı ehtimal olunur.DSCOVR kosmik peykinin məlumatlarına əsasən Günəş küləyi parametrlərinin normal səviyyədə olduğu və CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Yüksək Sürətli Axınlar) təsiri ilə zaman keçdikcə azaldığı müşahidə edilmişdir.  Maqnit sahəsinin induksiyası 4-8 nTl, günəş küləyinin sürəti 500-400 km/s. arasında olmuşdur.Əlavə HSS təsirləri nəticəsində günəş küləyi parametrlərinin 30 dekabr 2021-ci il tarixində artacağı ehtimal olunur.Ötən periodda geomaqnit sahə sakit-dəyişkən olmuşdur. Qarşıdakı periodda geomaqnit sahənin çoxlu təkrarlanan CH HSS təsiri nəticəsində sakit-dəyişkən olacağı gözlənilir.30 dekabr 2021-ci il - 01 yanvar 2022-ci il tarixlərində Kp əmsalı 1-3 intervalında dəyişəcəkdir.

Şəkil 1. Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -dəki (FeVIII, FeXXII, FeXX) şəklidir və Günəş tacının məşəl oblaştı göstərilmişdir.




Şəkil 2.
Bu şəkil ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-dəki (FeXVIII) şəklidir və Günəş tacının məşəl oblastını göstərir.


Şəkil 3.
Bu şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir


Şəkil 4.
Bu şəkildə günəşin qaynayan səthindən gələn işıq 304 A-də (HeII) göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər.

Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) -Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner davamlı şəkil -Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.



Şəkil 6. SDO HMİ Magnetogram İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager) Günəş dinamikası observatoriyası Helioseysmik və maqnit skaner maqnetoqram şəkil -Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlarda görünə bilər.

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının 30 dekabr 2021-ci il 01 yanvar 2022-ci il tarixləri üçün 1-3 intervalında dəyişəcəkdir.


Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

 

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5



https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html

https://soho.nascom.nasa.gov/data/realtime/realtime-update.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

Bookmark and Share