1-3 may 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya), STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkə (Avstriya) və Roma Sapienza Universitetinin (İtaliya) birgə təçkilatçılığı ilə Bakı Dövlət Universitetində “FİZİKAYA MÜASİR BAXIŞ” (“Modern Trends in Physics”) adlı Beynəlxalq Elmi konfrans işə başlamışdır.
Konfransın işində Rusiyanın, İtaliyanın, Yaponiyanın, Türkiyyənin, Pakistanın, Almaniyanın, Gürcüstanın və Cernoqoriyanın qabaqcıl Universitetlərinin və Elmi Tədqiqat İninstitutlarının alimləri iştirak edəcəklər. Xarici alimlərlə yanaşı Azərbaycanın bütün bölgələrinin elm ocaqlarından və Universitetlərindən yerli alimlər öz elmi işlərini konfrans iştirakçılarının müzakirəsinə çıxaracaq. Konfransda iştirak etmək üçün 125- alim və 65 gənc tədqiqatçı təşkilat komitəsinə məruzələrini təqdim etmişlər. Konfransı giriş sözü ilə BDU-nun prorektoru AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açmış və rektor Elçin Babayevin adından iştirakçıları təbrik etmişdir.O bildirmişdir ki, bu konfrans artıq 12-ci dəfədir ki keçirilir və onun nəticələri həmişə elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. O Fizika fakültəsinin keçdiyi tarixi yoldan, onun fizika elminin inkişafında və respublika üçün kadr hazrılığında apardığı uğurlu işdən danışmışdır. Sonra Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov konfransın proqramı haqqında məlumat vermiş və BDU-nun 100 illik yubileyinə həsr olunmuş konfransın ünvanına göndəriliş məktubları oxumuşdur. Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm sektorunun müdiri Anar Kazımov nazirliyin adından konfrans iştirakçılarını təbrik etmişdir. Sonra prof.İman Əsgərzadə, prof. Həmdulla Mehrabov konfrans iştirakçılarını təbrik etmişdir. Sonra prof. Aydın Kazımzadə Web of Science BDU-nun diasporada olan ən məhsuldar alim mükafatını prof. Nizami Həsənliyə təqdim etmişdir. Sonra Plenar iclas öz işinə başlamışdır.
Plenar iclasdan sonra konfransın işi aşağıdakı bölmələrdə davam etdiriləcək.