Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da aktivləşdirilməsi məqsədilə “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərə görə mükafatlandırma üzrə müsabiqə keçirəcək. Müsabiqə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisinə əsasən həyata keçiriləcək. Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək. Müsabiqə aşağıdakı 5 elmi istiqamət qrupu üzrə aparılacaq.
- Riyaziyyat və texniki elmlər;
- Fizika, kimya, biologiya;
- Humanitar elmlər;
- İqtisadiyyat və idarəetmə;
- Tibb elmləri.
Müsabiqədə ildə 1 dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı Təhsil Nazirliyinin saytında ətraflı məlumat veriləcəkdir.