Bakı Dövlət Universiteti Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "20 Yanvar" adlı tədbir keçirilib. Tədbir Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Ləyaqət Qasımovanın aparıcılığı ilə baş tutub. İlk olaraq Dekan müavini Məhəmməd Məhərrəmov 20 Yanvar faciəsi haqqında öz təəssüratlarını bölüşüb. Daha sonra Tələbə Gənclər Təşkilatının üzvü Aysun İbrahimli Aysun və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri Rəna Mehrəliyeva və Aynur Mirzəzadə çıxış etmişlər. Tələbə Gənclər Təşkilatının üzvləri Şəfa Məmmədova və Nigar Məmmədova 20 Yanvar haqqında şeir demişlər. Sonda Tələbə Gənclər Təşkilatının sədr müavini Fidan İsmayılovanın hazırladığı videoçarx nümayiş etdirilmişdir.