BDU alimləri 2020-ci ildə web of science clarivate analytics bazasında indekslənən yüksək impact factorlu jurnalda yeni məqalə dərc etdiriblər.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanov, Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti Flora Hacıyeva və müəllimi f.ü.f.d. Həbibə Şirinova həmmüəllif olduqları məqalə Web of Science Clarivate Analytics elmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.
"New Polymeric Three‑Phase Nanocomposites Based on Polyvinylidene Fluoride, Magnetite Nanoparticles and Multi‑Walled Carbon Nanotubes: Production, Structure and Properties " adlı məqalədə dəmir oksidi, çoxlaylı karbon nanoborusu və PVDF polimer matrisa əsasında 2 və 3 fazalı polimer nanokompozit sisteminin alınması işlənmiş, onun strukturu tədqiq olunmuşdur. Məqalədə çoxfazalı nanokompozit strukturlarda elektromaqnit dalğalarının enerjisinin udulması tədqiq edilmiş və optimal tərkib müəyyən edilmişdir. Göstərilmişdir ki, yüksək tezliklərdə udulma enerji səpilmələrinin artması ilə əlaqədardır. Bu nanokompozit nümunələrdən elektromaqnit şüalanmadan mühafizə və radiodalğalardan obyektlərin gizlədilməsində uğurla istifadə edilə bilər.
M.A.Ramazanov, H.A.Shirinova, F.V.Hajiyeva, Dzmitry Bychanok "NEW POLYMERIC THREE-PHASE NANOCOMPOSITES BASED ON POLYVINYLIDENE FLUORIDE, MAGNETITE NANOPARTICLES AND MULTI-WALLED CARBON NANOTUBES: PRODUCTION, STRUCTURE AND PROPERTIES".
Journal of Inorganic and Organometallic Polymers and Materials, 2020, (IF-1,94 ), https://doi.org/10.1007/s10904-020-01648-w