Home Aze Ru Eng

Noyabr ayının 9-da BDU Fizika fakültəsinin əməkdaşları Tovuz rayonunun Aşağı Öysüzlü kəndində fakültənin məzunu şəhid Fikrət Zeynallının ailəsini ziyarət etmişlər.

09/11/2021

BDU Fizika fakültəsinin əməkdaşları şəhid Fikrət Zeynallının ailəsini ziyarət etmişlər.

Bakı Dövlət Universiteti Fizika fakültəsinin bir qrup əməkdaşı II Qarabağ savaşında torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhid olmuş Fikrət Zeynallının Tovuz  rayonu Aşağı Öysüzlü kəndində ailəsini ziyarət etmişlər.Fikrət Zeynallı  2012-2016-cı illərdə BDU Fizika fakültəsində təhsil alıb. 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.Fikrət Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa və Xocavənd uğrunda gedən döyüşlərdə ştirak edib. Fikrət Zeynallı noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.Fikrət Zeynallı ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.Fizika fakültəsinin dekan müavini Vüsal Məmmədov, fakültə Tədris-metodiki Şurasının sədri Rəhim Rəhimov, müəllim Vüsalə Dadaşova, Sevda Məmmədova, Şirxan Hümbətov, tələbələr Ramazan Hüşənov, Elvina Dadaşova, İlahə Zalovlu şəhid Fikrət Zeynallının ailəsini ziyarət etmiş, onun adına yaradılmış muzeylə tanış olmuşlar. Şəhidin valideynlərinə və yaxınlarına başsağlığı verilmiş, xatirə şəkilləri çəkilmişdir. Fikrətin atası Akif Zeynallı onun uşaqlıq illərindən, yeniyetməlik dövründən maraqlı xatirələrini bölüşmüş, onun fənn olimpiadalarındakı qalibiyyətlərindən, özünəməxsus mərdliyindən danışmışdır.








BDU Fizika fakültəsinin əməkdaşları Tovuz rayonunun Aşağı Öysüzlü kəndində fakültənin məzunu şəhid Fikrət Zeynallının
ailəsini ziyarət ettilər:
https://youtu.be/iYn5tFUdeCM














































































































































































Bookmark and Share