Home Aze Ru Eng

BDU Nano Araşdırmalar Laboratoriyasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları ilə BDU-nun əməkdaşlarının birgə seminarı olmuşdur

11/07/2016

08 iyul 2016-cı il tarixində "İŞLƏNMƏNİN SON MƏRHƏLƏSİNDƏ OLAN  YATAQLARDA NEFTVERMƏ   ƏMSALININ ARTIRILMASI ÜÇÜN  NANOTEXNOLOGİYALARIN  TƏTBİQİ  İLƏ  İNTELLEKTUAL   İDARƏETMƏ    SİSTEMİNİN  YARADILMASI" mövzusunda Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları ilə BDU-nun əməkdaşlarının birgə seminarı olmuşdur. Seminarda bu istiqamətdə Dövlət proqramının hazırlanması barədə müzakirələr aparılmışdır. Seminarı giriş sözü ilə açan akad. A.M.Məhərrəmov BDU-da nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı tətbiqi elmi tədqiqat işlərinin hələ 2005-cı ildən aparıldığını və SOCAR ilə və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyi seminar iştirakçılarının diqqətinə çatdırılmışdır. Sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru akad. Telman Əliyev  "İşlənmənin  son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını seminar iştirakçılarının diqqətinə çatdırmışdır.   Sonra rektor akad. A.M.Məhərrəmov Nano Araşdırmalar laboratoriyasında aparılan işlər barədə sözü Fizika fakültəsinin dekanı, prof. M.Ə.Ramazanova vermişdir. Prof. M.Ə.Ramazanov qeyd etmişdir ki, laboratoriyada son 7 ildə aparılan emi tədqiqat işlərinin nəticələri 150 xarici məqalədə, o cümlədən onlardan 82-si Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilmişdir. Bir monoqrafoya ABŞ-da, azərb dilində dərsliklər, dərs vəsaitləri  dərc edilmişdir. Bütünlüklə laboratoriyada bu dövr ərzində ümumi dəyəri 7,8 milyon dollarlıq qrant layihələri yerinə yetirilmişdir. Daha sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları aparılması nəzərdə tutulan işlər barədə geniş məlumat verdilər. Proqramın hazırlanması ilə bağlı işçi qrup yaradıldı. Seminarın işində akad. A.M.Məhərrəmov, akad. T.A. Əliyev,  prof. N.Ş.İsgəndərov, Hesablama riyaziyyatı kafedrasının müdiri prof. Q.Y.Mehdiyeva, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və digər alimlər iştirak etmişlər.

Bookmark and Share