Home Aze Ru Eng

BDU nun rektoru akademik Abel Məhərrəmov Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir

13/06/2018

BDU nun rektoru akademik Abel MəhərrəmovYaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara qəbul etmişdir və görüş zamanı rektor Azərbaycan-Yaponiya  əlaqələrindən, BDU-da yapon dilinin tədrisindən, elmi əməkdaşlıq və təhsil məsələlərindən danışıldı.  Görüş zamanı gələcəkdə birgə elmi əlaqələrin davam etdirilməsi, Kumamoto Universitetində və BDU arasında  tələbə, magistr və doktorant mübadilə məsələləri müzakirə edilmişdir.

Sonra Yaponiyanın Kumamoto Universitetinin professoru Hirotaka İhara Nano Araşdırmalar mərkəzində olmuşdur. Mərkəzdəprof.Hirotaka İhara prof. Məhəmmədəli Ramazanovla doktorant Rəhimli Almaranın Yaponiyaya səfəri zamanı aparacağı tədqiqat ilşərinin  konturları haqqında müzakirə aparmışdır. Qərara gəlinmişdir ki, Silisium Dioksid nanohissəciklərinin səthininmonomerin polimerləşməsi nəticəsində polimer örtüklə örtülməsi və daha sonra termik işlənmə nəticəsində karbonlaşması məsələləri ilə məşğul  olacaq.  Gələcəkdə bu tip maddələrin səthində dərman maddələrinin yerləşdirilməsi və dərman maddələrinin ünvanlı daşınmasında tətbiqinin mümkün perspektivləri haqqında müzakirələr aparılmışdır. Həmçinin qeyd olundu ki bucür polimerlərin lüminessensiya materialı kimi tətbiqi genişdir. Gələcəkdə xərçəng hüceyrələrinə dərman maddələrinin daşınması məqsədilə bu texnologiyadan istifadə edərək dəmir-oksidin səthinin də karbonlaşdırılması və dərman maddələrinin nanohissəciklərin səthinə tikilməsi haqda müzakirələr aparılmışdır və razılığa gəlinmişdir. Qeyd etmək istərdik ki Nanoaraşdırmalar mərkəzinin artıq ikinci əməkdaşı Yaponiyanın Kumaoto Universitetində ciddi tətbiqi xarakterli fundamental tədqiqat işi aparır.

Bookmark and Share