Home Aze Ru Eng

BDU-nin virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzinin üzvü, Türkiyənin Bilkent Universitetinin professoru Əmirullah Məmmədovun bu il 70 yaşı tamam olur

05/01/2017

 

  • Bakı Dövlət Universitetinin virtual Beynəlxalq Elmi Araşdırma Mərkəzinin üzvü, Türkiyənin Bilkent Universitetinin professoru Əmirullah Məmmədovun bu il 70 yaşı tamam olur. Əmirullah müəllim həm BDU-da işlədiyi müddətdə, həm də Bilkent Universitetində  özünü bacarıqlı və istedadlı alim kimi göstərərək, öz sənətinə daim vicdanla yanaşmağı, səmimiliyi, sözün əsil mənasında insanlığı, çalışdığı kollektivdə və fizika elminin dərinliklərini tələbələrinə aşılamağı, yüksək peşəkarlığı və tələbkarlığı hesabina   böyük hörmət və rəğbət  qazana bilmişdir.
  •  

    Əziz həmkarımız, dəyərli ziyalı olmaqla yanaşı, həm də qayğıkeş yoldaş və ailə sahibidir.

    Sizə və ailə üzvlərinizə möhkəm can sağlığı, uzun ömür, elmi fəaliyyətinizdə daima müvəffəqiyyətlər və əhatənizdə həmişə Sizi sevənlərin, səmimi dostların və həmkarların olması arzusu ilə Sizi  yubileyiniz və BDU-nun Fəxri fərmanın verilməsi münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

    Hörmətli Professor Əmirullah Məmmədova Fəxri fərman BDU-nun rektoru adından Fizika fakültəsinin dekanı prof. M.Ə.Ramazanov təqdim etmişdir.

     

    Hörmətlə,

    Fizika fakültəsinin kollektivi

     

    Bookmark and Share