Home Aze Ru Eng

CERN -nin Böyük Adron Kollayderində (BAK) fəaliyyət göstərən ALİCE təcrübə rəhbərliyi BDU-da olmuş

14/10/2015

p>12 - 13 Oktyabr 2015 - ci il CERN - nin Böyük Adron Kollayderində (BAK) fəaliyyət göstərən ALİCE təcrübəsinin rəhbərliyi Azərbaycan Respublikasında səfər etmişdir. Səfər Rabitə və Yükstək texnologiyalar Nazirliyi tərəfindən təşkil edilmiş və əsas məqsədi Milli Nüvə Tədqiqatları Mərkəzinin ALİCE təcrübəsinin tam hüquqlu üzvü olmasına həsr edilmişdir.

13 Oktyabrda CERN - dən gələn nümayədndə heyəti Bakı Dövlət Universitetinin rektoru Akademik Abel Məhərrəmovun rəhbərlik etdiyi heyətlə görüş keçirmişdir. BDU tərəfindən görüşdə rektorla yanaşı prorektor Prof. Aydın Kazımzadə və Fizika fakültəsinin dekanı Prof. Məhəmmədəli Ramazanov da iştirak etmişdirlər. Universitetin rektoru qonaqları salamladıqdan sonra onlara BDU haqında ətraflı məlumat vermiş və BDU - nun Milli Nüvə Tədqiqatları Mərkəzində yaradılmış ALİCE qrupu ilə əməkdaşlıq etmək fikrini dəstəkləmişdir. Sonrå fizika fakültəsinin dekanı fakütltə haqqında ümümi məlumat vermişdir.

Görüşdə ALİCE tərəfindən təcrübənin sədri Prof. Paolo Giubellino, şuranın sədri

Prof. Peter Braun-Münzinger, Ukrayna ALİCE qrupunun rəhbəri Prof Gennady Zinovyev və ALİCE təcrübəsində hesablamalar və məlumatların emalına rəhbərlik edən Dr. Predrag Buncic iştirak emişlər. Qonaqlar BDU - nun MNTM - də yaradılmış ALİCE qrupunda iştirakını tam dəstəkləmiş və rektora bunun uçun xüsusi təşəkkür etmişdirlər. MNTM tərəfindən görüşdə mərkəzin sədri Akademik Adil Qəribov, nüvə fizikası şöbəsinin müdiri və ALİCE qrupunun rəhbəri Dr. Anar Rütəmov iştirak etmişlər. Görüşdən sonra BDU - da ümümi seminar təşkil edilmiş və maraqlı məruzələr edilmişdir. Seminarı giriş sözü ilə Akademik Adil Qəribov açıq elan etmişdir. Daha sonra Prof. P. Giubellino, Prof. Peter Braun-Munzinger, Dr. Predrag Buncic və Dr. Anar Rüstəmov məruzələrlə çıxış etmişdirlər.

Bookmark and Share