Home Aze Ru Eng

Cənubi Koreyanın Seul Milli Universitetinin alimləri Nanoaraşdırmalar laboratoriyasının elmi tədqiqat sahələri ilə tanış olmuşlar

22/09/2016

22 Sentyabr 2016-cı il tarixində Cənubi Koreyanın Seul Milli Universitetinin  professoru He Myong Ro Nanoaraşdırmalar laboratoriyasının qonağı olmuşdur. Fizika fakültəsinin dekanı, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri prof. M.Ə. Ramazanov  çıxış edərək laboratoriyada aparılan elmi-tədqiqat işləri barədə qonağa ətraflı məlumat vermişdir. Daha sonra laboratoriyanın aparıcı elmi işçisi, dosent  İ.S. Əhmədov və laboratoriyanın əməkdaşı K.Ə. Hüseynov son tədqiqat işləri haqqında prezentasiya ilə çıxış etmişlər. Nanoaraşdırmalar laboratoriyasında aparılan elmi-tədqiqat işləri koreyalı alimlərin marağına səbəb olmuşdur. Sonda prof. M.Ə. Ramazanov və prof. He  Myong Ro gələcəkdə birgə elmi-tədqiqat və əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

 

Bookmark and Share