Home Aze Ru Eng

Dos. Flora Hacıyeva Matsumae Beynəlxalq Fondunun xüsusi diplom və medalına layiq görülmüş

31/10/2016

Bakı Dövlət Universitetinin dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzinə dörd aylıq müddətində elmi ezamiyyətdə olub. Ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilmişdir. Ezamiyyət müddətində F.V.Hacıyeva yüksək tezlikli elektromaqnit dalğalarını udan maqnit nanokompozitlərin kompleks xassələrinin tədqiqi və tətbiqi imkanlarının araşdırması məsələləri ilə məşğul olmuşdur. Ezamiyyət müddəti ərzində Kumamoto Universiteti və Bakı Dövlət Universiteti arasında gələcək əməkdaşlıq məsələləri də müzakirə olunmuşdur. Səfər zamanı F.V.Hacıyeva Matsumae Beynəlxalq Fondununun 20 ölkədən olan layihə qalibləri üçün Tokio şəhərinin Tokai universitteində təşkil etdiyi etdiyi görüşdə iştirak etmişdir. Görüş zamanı F.V.Hacıyeva Bakı Dövlət Universitetində nanotexnologiyalar istiqamətində aparılan tədqiqat işləri məruzə ilə çıxış edərək geniş məlumat vermişdir. Matsumae Beynelxalq Fondunun rəhbərliyi Bakı Dövlət Universitetində elektromaqnit dalğalarını udan maqnit nanokompozitlər istiqamətində aparılan tədqiqat işlərinə yüksək qiymət verərək Yaponiyadada bu sahənin çox aktual olduğunu qeyd etmişlər. Səfər müddətinin sonunda Flora Hacıyeva Matsumae Beynəlxalq Fondunun xüsusi diplom və medalına layiq görülmüşdür.

Bookmark and Share