Fizika fakültəsinin növbəti elmi seminarında “LAZER” Elmi Texniki Mərkəzinin direktoru f.r.e.n. Məlikov Soltanhəmid Hilal oğlu “Akustik dalğaların rəqs amplitudunun mənbənin nisbi hərəkət sürətindən asılı olaraq dəyişməsi hadisəsi” mövzusunda məruzə etdi. Fakultənin fizik-alimləri məruzəçiyə çoxlu sayda suallar verməklə yanaşı öz irad və təkliflərini də bildirdilər. Yekun olaraq təklif edildi ki, məruzə əsasında elmi məqalə hazırlansın və ekspertizadan keçməsi tövsiyə edilsin. Əlaqə tel. 050 312 86 50