Home Aze Ru Eng

Fakültə dekanlığı I kursa daxil olmuş tələbələr və onların valideynləri ilə görüş keçirmişdir

14/09/2016

10 sentyabr 2016-cı il tarixdə Bakı Dövlət Universiteti Fizika fakültəsinin dekanlığı fakültənin 1-ci kursuna daxil olmuş tələbələr və onların valideynləri ilə görüş keçirmişdir. Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov görüşə gələnləri salamlamış, Azərbaycanın ən qabaqcıl universiteti olan Bakı Dövlət Universitetinə daxil olmaları münasibətilə tələbələri və onların valideynlərini təbrik etmiş, onlara uğurlar arzulamışdır. Prof. M.Ə.Ramazanov BDU-nun tarixi, keçdiyi yol barəsində, Fizika fakültəsində təhsilin xüsusiyyətləri haqqında ətraflı məlumat vermiş, təhsil prosesinin keyfiyyətinin yüksək olması üçün tələbələrin məsuliyyəti ilə yanaşı valideynlərin dekanlıqla mütəmadi əlaqə saxlamalarının da vacibliyini qeyd etmişdir. Sonra fakültənin tyutoru f.ü.f.d.Vüsal Məmmədov 1-ci kurs tələbələrinin qruplar üzrə siyahılarını elan etmişdir. Bununla da görüş başa çatmışdır.

Bookmark and Share