Home Aze Ru Eng

Fakültəinin bir qrup professor-müəllim heyəti və tələbələri AMEA-nın N.Tusi adına Şamaxı Astorfizika Rəsədxanasında olmuşlar

25/05/2013

25 may 2013-cü il tarixinde Fizika fakültəsinin bir qrup professor-müəllim heyəti və tələbələri fakültənin dekanı prof.M.Ə.Ramazanovun iştirakı ilə AMEA-nın N.Tusi adına Şamaxı Astorfizika Rəsədxanasında olmuşlar. Səfərin əvvəlində fakültənin əməkdaşları və tələbələrini salamlayan rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Ə.S.Quliyev qonaqları salamlayaraq, bu cür səfərlərin böyük əhəmiyyətini qeyd etdi. Sonra  səfər iştirakçıları burada aparılan bərpa tikinti işləri ilə, teleskoplarla, o cümlədən, keçmiş SSSR-i dövlətləri arasında ən böyük optik teleskoplardan biri  olan 2 metrlik teleskopla yaxından tanış  olmuş, onun iş prinsipi ilə maraqlanmışlar. Rəsədxananın elmi  işçiləri qeyd etmişlər ki, artıq teleskopda tam müasir avadanlıq quraşdırılıb, teleskopun kənardan idarəedilməsi mümkünləşib. Daha sonra səfər iştirakçıları rəsədxana əməkdaşları üçün tikilmiş yeni mənzillər və kotedjlərlə tanış  olmuşlar. Səfərin sonunda gələcəkdə fizika fakültəsinin tələbələrinin elmi təcrübə keçməsi ücün rəsədxanaya gəlməsi üçün Rəsədxana və BDU-nin rəhbərliyi arasında müqavilənin imzalanmasının vacibliyi qeyd olundu.



Bookmark and Share