Home Aze Ru Eng

Fizika fakültəsində fizika üzrə fəlsəfə doktoru adı almaq üçün dissertasiyanın ilkin müzakirəsi keçirilib

28/02/2022

28 fevral 2022-ci il tarixdə Fizika fakültəsinin “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Almara Rəhimlinin 2222.01– “Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “TiO2 nanohissəcikləri ilə modifikasiya olunmuş PVX əsaslı polimer nanokompozitlərin fotolüminessensiya və elektret xassələri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib (Elmi rəhbərlər: professor Hüseyn Məmmədov və professor Hirotaka İhara). İddiaçı dissertasiya işində alınmış nəticələr barədə geniş məlumat verdi. Müzakirələrdə rəyçilər - AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, dosent H.S.İbrahimova və BDU Fizika Problemləri ETİ-nin “Kondensə olunmuş hal fizikası” şöbəsinin böyük elmi işçisi Elşən Nəsirov dissertasiya işi barədə müsbət fikirlərini və təkliflərini qeyd etdilər. İddiaçı iştirakçıların suallarını cavablandırdı. İlkin müzakirə iştirakçıları dissertasiya işinin müvafiq tələblərə cavab verdiyini və sonrakı müzakirələrə buraxılmasının mümkün olduğunu qeyd etdilər.

Bookmark and Share