Home Aze Ru Eng

Fizika fakültəsində magistrantların və gənc tədqiqatçıların «FİZİKA və ASTRONOMİYANIN PROBLEMLƏRİ» XVIII RESPUBLİKA ELMİ KONFRANSI keçirilmiş

20/05/2016

19 may 2016-cı il tarixdə BDU-nun Fizika fakültəsində magistrantların və gənc tədqiqatçıların «FİZİKA və ASTRONOMİYANIN PROBLEMLƏRİ» XVIII RESPUBLİKA ELMİ KONFRANSI keçirilmişdir. Konfransı giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru AMEA-nın müxbir üzvü Aydın Kazımzadə kofrans iştirakçılarını salamlayaraq qeyd etdi ki, , bu cür konfranslar artıq gözəl ənənə şəklini almablar. Sonra Aydın müəllim fizika sahəsində dünya miqyasında müasir kəşflərdən danışdı. O, magistrantlara və gənc tədqiqatçılara gələcəyin Nobel mükafatçıları olmasını arzuladı. Prof.Kazımzadə A. çıxışında qeyd etdi ki, konfransda 103 məruzə ilə 110-dan cox magistrant və gənc tədqiqatçı çıxış edəcək. Iştirakçılar Bakı Dövlət Universitetinin, AMEA-nın Fizika institutunun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin magistrantları və doktorantlarıdır. Sonra Fizika fakültəsinin dekanı prof.Məhəmmədəli Ramazanov çıxış edərək, son zamanlarda fakültədə aparılan uğurlu elmi işlərdən, magistrlərin elmi tədqiqat işlərinə marağının artmasından, magistrlərin səviyyəsinin artmasından danışdı. O, qeyd etdi ki, konfransın sonunda ən aktial və müasir məruzələr mükafatlandırılaq, ən fəal və işguzar magistranlar fakültəyə işə qəbul olunacaqlar. Sonra söz məruzəçilərə verildi. Plenar iclasda 2 məruzə dinlənildi.Plenar iclasdan sonra konfrans öz işini 5 bölmədə apardı. Nəzəri fizika və astrofizika, bərk cisimlər və yarımkeçiricilər, fiziki elektronika, nanomateriallar və nanotexnologiyalar, biofizika və molekulyar fizika bölmələrində təqdim edilmiş 103 məruzədən 87-si məruzə edilmişdir. Konfransın sonunda bölmə sədrlərinin hesabatları dinlənmişdir. Sədrlər gənc tədqiqatçıların məruzələri yüksək səviyyədə etdiklərini qeyd etmişlər.

 

Bookmark and Share