23 fevral 2013-cü ildə Bakı Dövlət Universitetinin Fizika Fakültəsində «Müxtəlif fiziki faktorların suyun səthi gərilməsinə təsiri» mövzusunda seminar keçirilmişdir. Fakültənin Fiziki elektronika kafedrasının dosenti Nemət Məmmədov suyun təbiətindən və maraqlı xassələrindən məruzə etmişdir. Fizika fakültəsinin və Fizika Problemləri İnstitutun əməkdaşları seminarda iştirak etmişdirlər. Məruzə ətrafında geniş üzakirələr aparılmışdır. Növbəti seminar gələn ayda keçiriləcək.