Home Aze Ru Eng

Fizika fakültəsinin dekanlığının fakültəyə yeni daxil olmuş birinci kurs tələbələri ilə görüşü

15/09/2014

13 sentyabr 2013-cü il tarixində BDU-nun Böyük akt zalında Fizika fakültəsinin dekanlığının fakültəyə yeni daxil olmuş birinci kurs tələbələri ilə görüşü keçirilmişdir. Görüşdə dekan professor Məhəmmədəli Ramazanov çıxış edərək fakültənin tarixi, nailiyyətləri, məzunları, bugünü və gələcəyə baxışı barədə tələbələrə məlumat verdi. Çıxış zamanı universitetin daxili nizam-intizam qaydaları, Boloniya prosesinin prinsipləri və tədris sistemi haqqında geniş məlumat verildi. Görüşdə tələbələrin qruplar üzrə siyahıları sadalandı, eyni zamanda qrup üzrə ən yüksək bal yığan tələbələr qrup nümayəndəsi təyin olundu. Sonda professor Məhəmmədəli Ramazanov tələbələrə uğurlar arzulayaraq iclası bağlı elan etdi.



Bookmark and Share