Bakı Dövlət Universitetinin doktorantı Aydan Qəribli Sloveniyanın Jozef Stefan İnstitutunun Reaktor Mərkəzində elmi araşdırma aparır. Doktorant TRİCA Mark II yüngül su hovuz tipli Tədqiqat Nüvə Reaktorunda silisium karbid və nano silisium-polipropilen əsasında kompozit materiallara termal və epitermal neytronların təsiri zamanı gedən nüvə çevrilmələri, radiasiya defektəmələgəlmə və fiziki xassələrində dəyişiklikləri tədqiq edir. Aydan Qəribli bu tədqiqat işlərini BDU-nun Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov və Sloveniyadan professor Borut Smodisin elmi rəhbərliyi ilə həyata keçirir.