Home Aze Ru Eng

Fizikaya müasir baxış adlı beynəlxalq elmi konfransın seçilmiş məruzələrinin materialları Web of Science Clarivate Analytics sisteminə qəbul edildi

17/09/2019

Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Dubna, Rusiya), STAR-NET Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkəsinin (Avstriya) və  La Sapienza Universitetinin (İtaliya) birgə  təçkilatçılığı ilə 1-3 may 2019-cu il tarixində  keçirilmiş Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “FİZİKAYA MÜASİR BAXIŞ” (“Modern Trends in Physics”) adlı Beynəlxalq Elmi konfransın seçilmiş materialları Web of Science Clarivate Analytics sisteminə indekslənməyə qəbul edilmişdir. Konfransın işində Rusiyanın, İtaliyanın, Yaponiyanın, Türkiyənin, Pakistanın, Almaniyanın, Gürcüstanın və Cernoqoriyanın qabaqcıl Universitetlərinin və Elmi Tədqiqat İnstitutlarının  alimləri iştirak etmişlər. Xarici alimlərlə yanaşı  Azərbaycanın bütün bölgələrinin elm ocaqlarından və Universitetlərindən yerli alimlər öz elmi işlərini konfrans iştirakçılarının müzakirəsinə vermişlər. Konfransda 181 məruzə edilmiş, onlardan ancaq 66-sı seçilərək Web of Science Clarivate Analytics sisteminə qəbul edilmişdir. Bu məqalələrdən 39-u BDU-nun alimlərinin elmi işləridir. Qeyd etmək lazımdır ki, bu konfrans artıq 12-ci dəfədir ki keçirilir və onun nəticələri həmişə elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Artıq 2-ci dəfədir ki, bu konfransın materialları Web of Science Clarivate Analytics sisteminə daxil edilir. İlk dəfə 2017-ci ildə “Fizikaya Müasir Baxış” adlı konfransın materialları bu sistemdə indekslənməyə daxil oldu. BDU-nun 100 illik yubileyinə həsr olunmuş bu konfransın materiallarının Web of Science Clarivate Analytics   sisteminə daxil edilməsi universitet fiziklərinin BDU-nun yubileyinə ən yaxşı hədiyyəsidir.

BDU-nun Fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanov.



Bookmark and Share