Home Aze Ru Eng

IX sinif şagirdi Aylin Anar qızı Süleymanova Prof. M. Ə. Ramazanov, F.r.e.n. A. Q. Həsənov və Dosent İ. S. Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş “Nanohissəciklərin riyazi modelləşdirilməsi” mövzusunda tədqiqat layihəsi Qızıl Medala layiq görülmüş

27/04/2016

Bakı şəhəri 6 saylı liseyin IX sinif şagirdi Aylin Anar qızı Süleymanova Bakı Dövlət Universitetinin Nano Araşdırmalar Mərkəzində Prof. Məhəmmədəli Əhməd oğlu Ramazanov, F.r.e.n. Arzuman Qardaşxan oğlu Həsənov və Dosent İsmət Süleyman oğlu Əhmədovun rəhbərliyi ilə yerinə yetirilmiş “Nanohissəciklərin riyazi modelləşdirilməsi” mövzusunda tədqiqat layihəsi 23 aprel 2016 - cı il tarixində Gürcüstan respublikasının Tbilisi şəhərində Gürcüstan Təhsil Nazirliyi, Beynəlxalq Qara Dəniz Universitetləri Birliyi və 40 ölkənin iştirakı ilə keçirilən X Beynəlxalq Gənc Araşdırmaçılar Lahiyəsi Olimpiadasının Fizika nominasiyası üzrə təqdim olunmuş layihələr içərisində qalib hesab edilərək Qızıl Medala layiq görülmüş və Azərbaycan bayrağını intellektual yarışmada yüksəyə qaldırmışdır.

Bookmark and Share