Bakı Dövlət Universitetində dünya elminin prioritet istiqaməti olan nanotexnologiya sahəsində cox ciddi araşdırmalar aparmaqla bərabər, eyni zamanda orta məktəb şagirdlərinin respublika və beynəlxalq olimpiadalara hazırlanması istiqamətində işlər görülür. BDU-nun Nano Araşdırmalar laboratoriyasında respublikanın orta məktəblərində oxuyan istedadlı şagirdlərin seçilib onların beynəlxalq olimpiadalara hazırlanması artıq ənənənə şəklini almışdır. Bu işlərdən biri də Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar mərkəzində Prof.M.Ə.Ramazanov və Dosent İ.S.Əhmədovun rəhbərliyi ilə hazırlanmış 6 saylı tam orta məktəb-liseyin və Bakı Avropa Liseyinin 9-cu sinif şagirdləri Aylin Süleymanova və Nurəddin Sadıqovun “Şoran torpaqlarda bitkilərin inkişafına nanohissəciklərin təsirinin tədqiqi” mövzusunda elmi layihələri 29 May – 3 İyun tarixində Hollandiyanın Utrext şəhərində keçirilən Ətraf Mühit və Dayanıqlı İnkişaf Benəlxalq elmi Layihələr Olimpiadasında - INESPO (International Environment & Sustainability Project Olympiad) qızıl medala layiq görülmüşdür. İNESPO olimpiadası 13-18 yaşlı orta məktəb şagirdləri arasında 8-ci ildir keçirilir. Hər il bu elm olimpiadasında 49 artıq ölkənin şagirdləri iştirak edir və 110 qədər layihələr təqdim edilir. Bu layihələri qiymətləndirmə şurasına dünyanın məşhur alimləri daxil edilmişdir. Azərbaycan şagirdləri bu olimpiadada bir neçə dəfə iştirak etsələr də ilk dəfə olaraq qızıl medala latyiq görülüblər. Şura tərəfindən Azərbaycanın orta məktəb şagirdlərinin elmi layiəsinin belə yüksək qiymətə layiq görülməsi sevindirici haldır. Şagirdlərimiz Aylin Süleymanova və Nurəddin Sadıqov bu mötəbər beynəlxalq olimpiadada Azərbaycan bayrağını yüksəyə qaldırmışdır.