Home Aze Ru Eng

Kumamoto Universitetinin Tətbiqi Kimya kafedrasının professoru, Kumamoto Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Hirotaka Ihara BDU-nun Nano Araşdırmalar Laboratoriyasında məruzə ilə çıxış etmişdir

03/03/2017

2 mart 2017-ci il tarixində BDU-nun Fizika fakültəsinin Nano Anaraşdırmalar laboratoriyasına Kumamoto Universitetinin Tətbiqi Kimya kafedrasının professoru, Kumamoto Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Hirotaka Ihara gəlmişdir. Prof. Hirotaka İharanı Fizika fakültəsinin dekanı prof. Məhəmmədəli Ramazanov salamlayaraq bildirmişdir ki, Kumamoto ilə artıq 1 ildən artıqdır ki, sıx elmi əlaqələr qurulmuşdur və artıq ikinci professordur ki, Nano Araşdırmalar Mərkəzinə gəlir. Görüş zamanı gələcəkdə birgə elmi əlaqələrin yaradılması və inkişaf etməsi istiqamətində işlər görülməsi barədə razılığa gəlinmişdir. Görüş zamanı birgə magistr və doktorantların hazırlanması barədə müzakirələr aparılmışdır. Sonra Prof. Hirokata İhara «Pollimerlərin xirooptik funksionallaşmasının supermolekulyar platforması» adlı məruzə ilə çıxış etmişdir. Məruzə zamanı Fizika fakültəsinin professor müəllim heyəti, magistrlar və doktorantlar, Kimya fakültəsinin doktorantları, Nano Araşdırmalar Mərkəzinin əməkdaşları iştirak etmişdir. Maraqla qarşılanan məruzə ətrafında müzakirələr aparılmışdır. Prof. Hirokata İhara seminar iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.

Bookmark and Share