Home Aze Ru Eng

Magistrlərin və gənc tədqiqatçıların Fizika və Astronomiya problemləri adlı respulika elmi konfransı keçirilmişdir

26/05/2012

26 may 2012-ci il tarixində saat 1000-da  Magitrantların və  Gənc Tədqiqatçıların  «FİZİKA VƏ  ASTRONOMİYA PROBLEMLƏRİ» Respublika elmi konfransı olmuşdur. Konfransı giriş sözü ilə açan akad. Abel Məhərrəmov onun işinə uğurlar arzulayaraq qeyd etdi ki, Fizika fakültəsi Bakı Dövlət Universitetinin aparıcı fakültələrindən biridir. Fakültədə 9 kafedra, 13 tədris laboratoriyası fəaliyyət göstərir. Fizika fakültəsi 1919-cu ildə fəaliyyətə başlamış Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin nəzdində yaranmışdır və 1958-ci ildən müstəqil fakültə kimi formalaşmışdır. Hazırda fizika fakültəsinin 9 kafedrasında  93 professor-müəllim heyyəti çalışır ki, onlardan da 1 nəfəri AMEA-nın həqiqi üzvüdür, 4 nəfəri AMEA-nın müxbir üzvüdür, 27  nəfəri elmlər doktoru-professorudur, 63 nəfəri isə elmlər namizədi-dosentdir.  Fakültədə 13 tədris laboratoriyası və 2 elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir.  Böyük elmi potensiala malik bir fakültədə 2011-ci ildə 182 elmi məqalə, o cümlədən onlardan 64 məqalə xarici nüfuzlu jurnallarda öz əksini tapmışdır. Fakültə alimlərinin məqalələrinin 7-si A kateqoriyalı, 3-ü B kateqoriyalı və 16-sı C kateqoriyalı jurnallarda cap edilmişdir. Fakültə əməkdaşları 6 beynəlxalq 4 respublika əhəmiyyətli qrant layihələrini yerinə yetirmişdir. Fakültənin maddi texniki bazasının yaxşılaşdırılması Universitet rəhbərliyinin diqqətində olmuş və bu il də fakültəyə yeni cihazlar və avadanlıqlar alınacaqdır. Yaponiyanın Tokyo-Boyko şirkətindən ümumi dəyəri 1200000,0$ olan skanedici elektron mikroskopu və stolüstü rentgen difraktometri alınacaq və onun pulunun yarısı artıq ödənilmişdir. Tədris laboratoriyalarını muasir səviyyədə qurmaq üçün bu il ümumi dəyəri 240000,0 $ olan 7 dəst laboratoriya alınacaqdır. Bu laboratoriyaların işlərinin səviyyəsi elə seçilmişdir ki, bu işlərdə buraxılış və magistr dissertasiyalarını uğurla yerinə yetirmək olar. Daha sonra rektor, akad. Abel Məhərrəmov qeyd etdi ki, konfransın işində 82 məruzə ilə 89 magistrant və gənc tədqiqatçı çıxış edəcək. Fizika fakültəsinin dekanı prof. f.e.d.Məhəmmədəli Ramazanov rektor, akad. A.M.Məhərrəmova öz təşəkkürünü bildirdi. Sonra konfrans plenar iclasla öz işinə başladı. Plenar iclasdan sonra konfrans 4 bölmədə öz işini davam etdirdi. Konfransın işində cəmi 88 məruzə edildi. Bu məruzələedən 71-i Bakı Dövlət Universitetinin magistrantları, 11 nəfər digər universitetlərdən idi.
















Bookmark and Share