Home Aze Ru Eng

New Materials, Compounds and Applications və Low Dimensional Systems jurnallarının ilk sayı çapdan çıxıb

30/12/2017

Bakı Dövlət Universiteti davamlı olaraq beynəlxalq konfranslar, simpoziumlar təşkil edir, Azərbaycan elmini dünya müstəvisində layiqincə təmsil edir, dünya elminə inteqrasiyanı gücləndirmək və BDU-nun 100 illik yubileyini layiqincə qarşılamaq məqsədi ilə yeni beynəlxalq səviyyəli elmi jurnalların nəşrinə xüsusi diqqət yetirir.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun baş redaktoru olduğu New Materials, Compounds and Applications (Yeni materiallar, birləşmələr və tətbiqləri) və Low Dimensional Systems jurnallarının ilk sayı çapdan çıxıb. New Materials, Compounds and Applications jurnalı Jomard Publishing nəşriyyaytı, Low Dimensional Systems jurnalı isə Bakı Dövlət Universiteti tərəfindən təsis edilib. Jurnalın redaksiya heyətinə dünyanın inkişaf etmiş 15-dən çox ölkəsini təmsil edən tanınmış alimlər daxildir. Jurnalın ilk nömrəsi Bakı Dövlət Universitetinin qarşıdan gələn 100 illik yubileyinə həsr edilib. Redaksiya heyətinin tərkibi, çap edilmiş məqalələrin coğrafiyası və elmi səviyyəsi jurnalların tezliklə dünya elmi mühiti tərəfindən qəbul ediləcəyinə və elmi indeksləmə bazalarına daxil olacağına əsas verir.

Bookmark and Share