Şəhriyar Həbibi 201-2014-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil almışdır .2016-cı ildə hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, noyabrın 6-da Qubadlı döyüşlərində şəhid olmuşdur.Şəhriyar Həbibi ölümündən sonra “Vətən uğrunda” və”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.Fizika fakültəsinin dekan müavinləri Şəhla Hacıyeva, Məhəmməd Məhərrəmov, professor Yusif Nurullayev, dosentlər Tərlan Hüseynov və Zahir Səmədov, əməkdaşlar Aida Əhmədova,Nəzakət Kərimova, Orxan Güləhmədov şəhid Şəhriyar Həbibinin ailəsini ziyarət etmiş, onun adına yaradılmış muzeylə tanış olmuşlar. Şəhidin anasına və yaxınlarına başsağlığı verilmiş, xatirə şəkilləri çəkilmişdir. Şəhriyara dərs demiş müəllimlər öz xatirələrini danışmışlar. Sonra fakültə əməkdaşları kənd məzarlığında Şəhriyar Həbibinin anım tədbirində iştirak etmiş, BDU adından onun məzarı önünə əklil qoymuşlar. Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmilər çıxış etmiş, torpaqlarımızın azadlığı uğrunda II Qarabağ savaşında Lənkəranlı gənclərin də göstərdiklər qəhrəmanlıqlardan, şəhid ailələrinə və qazilərə dövlətimizin, şəxsən ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısından danışmışlar. Fizika fakültəsinin dosenti Tərlan Hüseynov Şəhriyar Həbibinin tələbəlik illəri, necə intizamlı və tərbiyəli bir tələbə olması barədə danışaraq, xatirələrini bölüşmüş, onun həyatının və qəhrəmanlığının bütün gənclər üçün bir örnək olduğunu, xatirəsinin daima müəllimlərin və tələbələrin qəlbində yaşayacağını qeyd etmişdir.
Fizika fakültəsinin əməkdaşları Lənkəran rayonunun Osaküçə kəndində Fizika fakültəsinin məzunu, şəhid Şəhriyar Həbibinin anım mərasimində iştirakı :
https://youtu.be/BxWPTUdNAB8