Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının profesoru Şahlar Əsgərovun “Kamilliyə doğru” kitabı Moskvanın “FLİNTA” və “NAUKA” nəşriyyatları tərəfindən 2016-cı ildə dərc olunmuşdur (“Путь к совершенству”). Kitabda ictimai həyatın bir sıra problemlərinin yeni kriteriya tətbiq olunmaqla öyrənilməsinin nəticələri təqdim olunmuşdur. Bu kriteriya bəşəriyyət tarixinə də başqa bucaqdan baxmağa imkan verir. Kitabda bəşəriyyət tarixinin inkişafının birinci mərhələsindən ikinciyə keçidin dinamikası, gələcəyə aparan “yolun sonu” təhlil olunur.
Qeyd olunan kitab 7-11 sentyabr 2016-cı il tarixdə Mockvada keçirilmiş XXIX beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunmuşdur. Rusiya Təbiət Elmləri Akademiyasından daxil olmuş məlumata görə, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının profesoru Şahlar Əsgərovun “Путь к совершенству» (Kamilliyə doğru) kitabı “Moskva beynəlxalq kitab sərgi-yarmarkası iştirakçısının “Qızıl” medalına layiq görülmüşdür.