Home Aze Ru Eng

Professor Ramazanov M.Ə. Minskdə Nüvə enerjisinin regional təhsil şəbəkəsinin yaradılması işində iştirak edib

27/04/2015

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov 22-24 aprel 2015-ci il tarixlərində Belarusiya Respublikasının paytaxtı Minsk şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi məqsədi ilə Şərqi Avropa və Orta Asiya ölkələrinin vahid təhsil şəbəkəsinin  STAR-NET(Regional Network for Nuclear Education and Training in Nuclear Technology)  yaradılması ilə bağlı keçirilmiş məsləhət seminarının iclasında iştirak etmişdir. İclasda MDB məkanından 6 ölkənin 18 universitetinin nümayəndəsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri iştirak edirdi. STAR-NET şəbəkəsinin yaradılmasının əhəmiyyətindən danışan ekspert V. Kolomiiets belə bir şəbəkənin yaradılmasının əhəmiyyətini xüsusi vurğuladı və  Beynəlxalq Atom Enerjisi Agentliyinin(BAEA) bu layihəni dəstəklədiyini qeyd edərək bildirdi ki, bu ölkələrdə nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi üçün vahid təhsil məkanın yaradılmasının xüsusi əhəmiyyəti var və bu şəbəkəyə qoşulan ölkələr onun bütün resurslarından istifadə edəcəklər. Beynəlxalq Atom Enerjisi Agentliyinin eksperti prof. Andrey Kosilov bildirdi ki, hal hazırda İAEA-nın nəzarəti ilə fəaliyyət göstərən bu cür 3 şəbəkə mövcuddur və bu şəbəkənin üzvü olan ölkələr onun imkanlarından istifadə edirlər. Görüşdə Regional Şəbəkənin əsasnaməsinin layihəsi, strukturu və fəaliyyət mexanizmi müzakirə edildi. Qərara alındı ki, STAR NET-in Koordinasiya komitəsinin strukturunda hər ölkədən bir nümayəndə təmsil olunsun. Şəbəkənin prezidentinin, vitse prezidentinin və katibliyinin səlahiyyətləri müzakirə olundu. STAR-NET şəbəkəsinin rəsmiləşməsi 2015-ci ilin sentyabrında Vyanada İAEA- nın toplantısında nəzərdə tutulmuşdur.

Görüşdə Prof. Məhəmmədəli Ramazanov Azərbaycanda nüvə sahəsində təhsilin yaradılması və idarə edilməsi istiqamətində konsorsimun və vahid platformasının yaradılması mövzusu ilə çıxış edərək bildirdi ki, 2014-cü ilin 8 mayında Prezident İlham Əliyevin sərəncamı ilə Nüvə Tədqiqatları Mərkəzi yaradılmışdır və gələcəkdə nüvə enerjisinin dinc məqsədlər üçün istifadəsi üçün bu mərkəz Atom Elektrik Stansiyasının yaradılması və istifadəsinə nail olacaq. Təbii ki, orada çalışmaq üçün yüksək ixtisaslı kadrların hazırlanmaı xüsusi əhəmiyyətə malikdir və bu şəbəkənin işində BakıDövlət Universiteti fəal istrak edəcəkdir. Hal hazırda BDU-da təhsilin bakalavr səviyyəsində atom və nüvə fizikası fənnləri tədris edilir və magistr pilləsində isə Yüksək enerjilər fizikası ixtisaslaşması istiqamətində kadr hazırlığı aparılır. Nüvə fizikası və Radiyasiya materialşunaslığı istiqamətində isə yeni magistr ixtisaslaşmalar açılması məqsədi ilə Nazirlər kabineti qarşısında vəsadət qaldırılmışdır.

Bookmark and Share