Home Aze Ru Eng

professor Eldar Məsimov Avropa Elm və Sənaye Palatası tərəfindən Keyfiyyət diplomuna və Avropa qızıl medalına layiq görülüb

01/05/2013

Fizika fakültəsinin professoru Eldar Məsimov Avropa Elm və Sənaye Palatası (AESP) tərəfindən Keyfiyyət diplomuna və Avropa qızıl medalına layiq görülüb. Bu barədə AESP-nin Rusiya Federasiyası və MDB üzrə təmsilçiliyinin rəhbəri, professor Fernando de Melonun məktubuda bildirilir. AESP-nin mükafatı Avropada ən nüfuzlu mükafatlardan sayılır. Belə ki, 2012-ci ildə qurum tərəfindən təltif olunanlar arasında professor L.Roşal, professor L.Bokeriya və s. var. Fakultə əməkdaşları prof. Eldar Məsimovu təbrik edir və ona yeni elmi uğurlar arzulayırlar.

Bookmark and Share