Home Aze Ru Eng

TEC-nin təşkilatçılığı ilə BDU-nun 100 illiyinə həsr edilmiş Parlaq zəka viktorinasının birinci turu keçirilmişdir

21/10/2019

19 oktyabr 2019-cu il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən BDU-nun 100 illiyinə həsr edilmiş "Parlaq zəka" viktorinasının birinci turu baş tutdu. Yığıncaqda müxtəlif Universitetlərin tələbələri iştirak etmişlər. Tədbir dövlət himninin səslənməsi ilə başladı. Sonra TEC-in elmi rəhbəri, dosent Arif Orucov çıxış edərək tədbiri açıq elan etdi. A.Orucovr 18 oktyabr "Müstəqillik günü" münasibətilə iştirakçıları təbrik etdikdən sonra bu cür tədbirlərin tələbələrin elmi biliyinin, bacarığının artırılmasına verdiyi töhfədən, fizikaya olan marağının və motivasiyanın artırılmasında, asudə vaxtlarının səmərəli keçirilməsində böyük rolu olduğundan danışdı. Arif müəllim çıxışının sonunda tələbələrə uğurlar arzuladı və viktorinanın gedişini izlədi. Daha sonra layihə rəhbəri, nanomaterialların kimyəvi fizika kafedrasının atom və molekul ixtisası üzrə ikinci kurs magistrantı Orxan Güləhmədov yarışın qaydalarını izah etdi. İki hissədən ibarət olan yarışda ümumlikdə 15 sual səsləndirildi. Birinci hissədə komandalara fizikaya aid 10 sual, ikinci hissədə isə dünya görüşünə aid 5 sual verildi. Qızğın mübarizə aparan, ümumilikdə 72 nəfərdən ibarət 12 komandadan yalnız 7-si ikinci tura keçə bildi. Qeyd edək ki, birinci yeri tutan komandaya kubok və diplom, ikinci və üçüncü yerləri tutan komandalara isə sertifikat və hədiyyələr veriləcək.

Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyəti

Təşkilati Heyət: Dilarə Piriyeva, Sevinc Qənbərova, Möhsün Əlizadə


Bookmark and Share