30 sentyabr 2016-cı il tarixində Yaponiyanın Kumamoto Universitetinin Supramolekulyar kimya laboratoriyasının professoru Makoto Takafuji Bakı Dövlət Universitetinin Nano Araşdırmalar laboratoriyasının qonağı olmuşdur. V Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində şəhərimizin qonağı olan professoru Takafuji Nano Araşdırmalar laboratoriyasının maddi texniki bazası ilə yaxından tanış olmuş, laboratoriyada aparılan elmi-tədqiqat işləri, dərc olunmuş məqalələr, magistr və dissertantların elmi işləri ilə yaxından maraqlanmışdır. Fizika fakültəsinin dekanı Prof.M.Ə.Ramazanov və prof. Makoto Takafuji birgə əməkdaşlıq məsələlərini, magistr və doktorant hazırlığı üçün mümkün imkanları müzakirə etmişlər.
Qeyd etmək istərdik ki, Bakı Dövlət Universitetinin dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin Tətbiqi Kimya və Biokimya Mərkəzinə 4 aylıq müddətində elmi ezamiyyətə göndərilmişdir. Ezamiyyət Yaponiyanın Matsumae Beynəlxalq fondunun maliyyələşdiridiyi layihə çərçivəsində həyata keçirilir.