Home Aze Ru Eng

FAKÜLTƏ HAQQINDA


DEKANLIQ

STRUKTUR

Fizika fakültəsi Bakı Dövlət Universitetinin aparıcı fakültələrindən biridir. Fakültədə 9 kafedra, 26  tədris  laboratoriyası fəaliyyət göstərir.


Fizika fakültəsi 1919-cu ildə fəaliyyətə başlamış Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin nəzdində yaranmışdır və 1958-ci ildən müstəqil fakültə kimi formalaşmışdır. Fakültənin yaranmasında və inkişafında M.Əliyev, R.Həsənov, M.Sərdarlı, K.Köçərli,  A.Muxtarov və başqa tanınmış Azərbaycan müəllimlərinin böyük xidmətləri olmuşdur.
Fizika fakültəsinə  6 mart 2012-ci il tarixindən dekan, fizika-riyaziyyat elmlər doktoru , professor Ramazanov Məhəmmədəli Əhməd oğlu rəhbərlik edir.

Fakültənin bir çox məzunları Respublikada tanınmış alimlərdir: akademik M.K.Kərimov AMEA-nın prezidenti olmuşdurr, N.A.Quliyev, B.M.Əsgərov, F.M.Həşimzadə, A.M.Paşayev, E.Y.Salayev, AMEA-nın akademikləridir, T.C.Cəfərov, S.A.Hacıyev, R.H.Hüseynov, V.A.Hüseynov, A.İ.Muxtarov, Y.M.Seidov, V.İ.Tahirov, B.H.Tağıyev, AMEA-nın müxbir üzvləridir. Professorlar R.R.Rzayev (Yüksək enerjilər fizikası institutu, Serpuxov), B.K.Kərimov (Moskva Dövlət Universiteti), F.P.Kəsəmənli (Sankt Peterburq Politexnik İnstitutu), V.V.Evseev (Elmi Nəzəri İnstitut, Dubna), R.M.İmanov (Kristalloqrafiya İnstitutu, Moskva) və b. Fizika fakültəsinin məzunları kimi elmdə böyük uğurlar qazanmışlar. Dünya şöhrətli fizik, Nobel mükafatı laureatı L.D.Landau 1922-1924-cü illərdə Fizika fakültəsində təhsil almışdır.
Hazırda fizika fakültəsinin 9 kafedrasında 82 professor-müəllim heyəti, 51 köməkçi heyət, o cümlədən 2 nəfər AMEA-nın müxbir üzvü, 23 nəfər elmlər doktoru professor, 63 nəfər elmlər namizədi-fəlsəfə doktoru çalışır. Fakültədə 13 elmlər doktoru, 12 doktorant və 3 dissertant proqramı üzrə kadr hazırlığı həyata keçirilir.

Fakültədə bakalavr təhsil pilləsində fizika istiqaməti üzrə 2 ixtisas (fizika, fizika müəllimliyi), magistratura pilləsində isə 17 ixtisaslaşma (Nəzəri və riyazi fizika, Bərk cisimlər fizikası, Yarımkeçiricilər fizikası, İstilik fizikası və molekulyar fizika, Kvant elektronikası, Astrofizika, Atom və molekul fizikası, Bioloji sistemlər fizikası, Yarımkeçirici cihazlar və mikroelektronika, Nanohissəciklər fizikası, Bərk cisim elektronikası, Qaz boşalması və plazma elektronikası, Optoelektronika, Fizika fənninin tədrisi metodikası və metodologiyası, Yüksək enerjilər fizikası, Radiasiya materialşünaslığı, Atom və nüvə fizikası) üzrə kadr hazırlanır.
Fakültədə təhsil forması əyanidir. Fənnlər Azərbaycan, rus və ingilis dillərində tədris olunur. Fakültədə 2 ixtisas (fizika və fizika müəllimi) üzrə 1013 tələbə, o cümlədən, “Fizika” ixtisası üzrə 444 (azərbaycan bölməsində 359, rus bölməsində 31, ingilis bölməsində 54), “Fizika müəllimliyi” ixtisası üzrə 569 (azərbaycan bölməsində 502, rus bölməsində 67) bakalavriat səviyyəsində təhsil alır. 17 ixtisas üzrə  103 nəfər magistratura (o cümlədən, Fziikanın tədrisi metodikası və metodologiyası ixtisası üzrə 9 nəfər) səviyyəsində təhsil alır. Hazırda 39 nəfər doktoranturada (o cümlədən, fəlsəfə doktoru üzrə 19 nəfər, elmlər doktoru üzrə 20 nəfər) təhsil alır.


Kafedralar

1. Ümumi fizika
2. Optika və molekulyar fizika
3. Maddə quruluşu
4. Yarımkeçiricilər fizikası
5. Bərk cisimlər fizikası
6. Nəzəri fizika
7. Nanomaterialların kimyəvi fizikası
8. Astrofizika
9. Fiziki elektronika


Tədris laboratoriyaları

1.  Mexanika---2
2.  Molekulyar fizika---2
3.  Elektromaqnetizm---2
4.  Optika---2
5.  Atom fizikası---2
6.  Nüvə fizikası---1
7.  Radiofizika---1
8.  Yarımkeçiricilər fizikası---1
9.  Yarımkeçiricilərin texnalogiyası---1
10. Emissiya elektronikası---1
11. Vakuum texnikası və plazma elektronikası---1
12. İfrat yüksək tezliklər elektronikası---1
13. Nanomaterialların kimyəvi fizikası---1
14. Astrofizika---1
15. İnformatika---1
16. Mexanika və molekulyar fizika laboratoriyası---5



Fakültənin əsas elmi tədqiqat sahələrinə aşağıdakılar daxildir:

1. Elektromaqnit, zəif və güclü qarşılıqlı təsirlərdə zərrəciklərin və nüvələrin yüksək enerjilərdə spin xarakteristikaları nəzərə alınmaqla xassə və strukturlarının tədqiqi.
2. Bərk cisimlərin və aşağı ölçülü (nanoquruluşlu) electron sistemlərin termodinamik, kinetic və optik xassələrinin nəzəri tədqiqi
3. I, III və VI qrup elementləri əsasında mürəkkəb yarımkeçiricilərin  binar  bərk məhlulların alınması və fiziki xassələrinin tədqiqi
4. Real metal-yarımkeçirici kontaktlarda elektrofiziki hadisələr.
5. Lazer şüalanmasının maddələrlə qarşılıqlı təsirinin tədqiqi
6. Halkogen komponentli monokristallarda,  nazik təbəqələrdə və onların əsasında strukturların alınması və onlarda baş verən electron proseslərinin öyrənilməsi.
7.  Qaz boşalması plazmasında stasionar və rəqsi proseslərin öyrənilməsi.
8.  Makromolekul sistemlərin relaksasiya xassələri, spektral xarakteristikaları, faza və konformasiya halları.
9.  Suda həll olan  polimer məhlullarının fiziki-kimyəvi xassələrinin tədqiqi
10. Yanq-Mills nəzəriyyəsində Qlyuonun polyarizasiya operatorunun müxtəlif  kalibrovkalarında hesablanması
11.  Atom və molekulların quruluşunun kvantmexaniki tədqiqi
12. Günəşin normal spektrinin və Fraunhofer xətlərinin profillərinin incə quruluşunun tədqiqi.
13. Ulduzlar və dumanlıqlar fizikası

 

Bookmark and Share