Home Aze Ru Eng

Aslanova Səriyyə Məmmədəli qızı

Nəzəri fizika kafedrasının fəlsəfə doktoru proqramı üzrə dissertantı
İş telefonu: +(99412) 4-39- 02-13
e-mail: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT
11.12.1973-cü ildə Bakı şəhərində anadan olub. 1980-cı ildə Bakı şəhəri 173 saylı orta məktəbin birinci sinfinə getmiş, 1990-ci ildə həmin məktəbi  bitirmişdir. Ailəlidir. İki övladı var..

TƏHSİLİ, ELMİ DƏRƏCƏ, ELMİ ADLARI

1990-1995-ci illərdə Bakı Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinin tələbəsi olmuşdur.  2014 –cü ildə  BDU-nun nəzəri fizika kafedrasının kafedrasının fəlsəfə doktoru proqramı üzrə dissertanturasına daxil olmuşdur.

ƏMƏK FƏALİYYƏTİ
1995-ci ildən indiyə kimi Nəzəri fizika kafedrasının laborant, böyük laborant vəzifəsində şalışmışdır. 2002-ci ildən 2013-cü ilədək Asəf Zeynallı adına Musiqi Kollecində riyaziyyat fənnini tədris etmişdir. 3 elmi məqalənin müəllifidir.

TƏDQIQAT SAHƏSI
Maqnit sahəsində kvarklar və antikvarkların hesabına neytrino cütlərinin şüalanması prosesləri.

SEÇİLMIŞ ƏSƏRLƏRİ
1. Abdullayev S.Q., Qocayev M.Ş. Aslanova S.M. Yarıinklüziv dərin qeyri-elastiki səpilmədə böyük eninə impulsa malik hadron yaranarkən struktur funksiyalar. BDU-nun xəbərləri 2011 №4 səh. 116-126
2. Qasımova R.E., Aslanova S.M. Maqnitləşmiş mühitdə eninə polyarlaşmiş yüklü leptonlar və kvarklar tərəfindən neytrino-antineytrino cütlərinin şüalanmasi. “fizikanın aktual problemləri” Respublika elmi konfransının materialları Bakı 2015, səh 56-58
3. Rəcəbov M.R., Aslanova S.M. Antiparalel bircins maqnit və elektrik sahələrində xətti harmonik ossilyator məsələsi. Respublika elmi konfransının materialları Bakı 2016, səh 31-33

Bookmark and Share