Home Aze Ru Eng

Astrofizika kafedrası

Astrofizika kafedrası

Kafedranın  tarixi
Astrofizika kafedrası Bakı Dövlət Universitetinin ən cavan kafedralarından biridir. Bu kafedra 1975-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. 1975-1992-ci illərdə kafedraya Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Rəhim Əyyub oğlu Hüseynov, 1992-1997-ci illərdə fizika- riyaziyyat elmləri doktoru, dossent İngilab Əsəd oğlu Aslanov 1997-2019-cu illərdə fizika-riyaziyyat elmləri doktoru, professor Cəfər Müseyib oğlu Quluzadə rəhbərlik etmişlər. 2019-cu ildən kafedraya fizika- riyaziyyat elmləri namizədi, dossent Kəmalə İlyas qızı Alışeva  rəhbərlik edir. Kafedranın mövcudluğu dövründə 4 elmlər namizədi (K.İ.Alışeva, Z.F.Əliyeva, M.M.Tahirov, Ü.Qədirova) və 1 elmlər doktoru (C.M. Quluzadə) hazırlanmışdır.

2017-ci ildən N.Tusi adına Şamaxı Astrofizika rəsədxanasında Astrofizika kafedrasının filialı yaradılmışdır. Filialın rəhbəri f.r.e.n., dos.Bayram Nizam oğlu Rüstəmov təyin olunmuşdur.


Kafedranın strukturu

Kafedrada 1 AMEA-nın müxbir üzvü, 1 elmlər doktoru, 5 elmlər namizədi, 1 laboratoriya müdiri, və 2 laborant çalışır.


Kafedranın əməkdaşları

1. kafedra müdiri vəzifəsini icra edən f.r.e.n., dos. Alışeva Kəmalə İlyas qızı
2. f.r.e.n, dos. Rüstəmov Bayram Nizam oğlu
3.f.r.e.n. dos. Mikayılov Xıdır Mustafa oğlu
4.
f.r.e.n., dos. Səmədov Zahir Ağamurad oglu
5.
f.r.e.n., m. Əliyeva Zəminə Feyzulla qızı

6. lab.müdiri. Məhərrəmova Səadət Fidayəddin qızı
7. laborant  r.f.d., İsalı Billurə Elman qızı
8. laborant Əlili Aynur Həmid qızı

Əvəzçılər

  1. AMEA-nın müxbir üzvü,f.r.e.d., prof Cəlilov Namiq Sərdar oğlu
  2. F.-r.e.n., dos. Rüstəmov Bayram Nizam oğlu

Kafedranın elmi fəaliyyəti

Astrofizika kafedrasinda iki istiqamət üzrə elmi-tədqiqat işləri aparılır:
1.Günəş fizikası (rəhbər: professor C.M. Quluzadə)
2.Ulduzlar və dumanlıqlar fizikası (rəhbər: dos. Z.A. Səmədov)

Professor C.M. Quluzadənin rəhbərliyi ilə Günəşin Fraunhofer spektri sahəsində elmi tədqiqatlar aparılır. Hidrogenin Balmer seriyasının və bir sıra kimyəvi elementlərin güclü rezonans xətlərinin profilləri hərtərəfli tədqiq olunmuşdur. Bu sahədə alınmış bir sıra elmi nəticələr Londonda (K.Allen, Astrophysical quantili es), Vaşinqtonda  (Z.Tech, A. Hight verel...), Moskvada  (V.V  Sobolev, KursTeoritiçeskoy Astrofiziki) və s.monoqrafiya və dərsliklərdə öz əksini tapmışdır. Proffesor C.M.Quluzadə Günəş fizikası sahəsində bir çox yeni tədqiqat üsulu (lokal  kəsilməz spektrdə fonunun təyini, zəif və orta intensivlikli spektral xətlərinin  profillərinin  assimmetriya parametrlərini təyin  etmək  üçün  yeni  kəmiyyət üsulu, Güclü Fraunhofer xətlərinin profillərinin genişlənmə mexanizmlərinin təhlili üçün yeni üsul və s.) vermişdir. Professor  C.M. Quluzadə ilk dəfə olaraq cüt-tək və tək-cüt keçidlərinə uyğun gələn spektral xətlərə görə qurulmuş yüksəliş əyrisinin və onlara görə təyin olunmuş fotosfer parametrlərinin fərqli olmasını aşkar etmişdir.

Dosent K.İ. Alışeva planetar dumanlıqların tədqiqi ilə məşğul olur. O, planetar dumanlıqlara qədər məsafənin, dilyusiya əmsalının, şüalanma selinin, planetar dumanlıqların mərkəzi ulduzlarının radiuslarının və s. təyini üçün yeni üsullar vermişdir.

 

Kafedranın iş strukturu

Kafedra Fizika fakültəsində təhsilin bakalavr pilləsində “Fizik” və “Fizika müəllimi” ixtisaslarında Astronomiya, Ümumi astrofizika, Nəzəri və praktik astrofizika fənləri üzrə, Coğrafiay fakültəsində isə  təhsilin bakalavr pilləsində “Coğrafiya”, “Geodeziya və xəritəçilik”, “Hidrometrologiya” ixtisaslarında  Fizika və astronomiya fənni üzrə dərs aparır.

Magistratura üzrə kafedrada 060503 “Astrofizika”ixtisası üzrə magistrantlar hazırlanır.

 

Kafedrada tədris olunan fənlər :

Bakalavr təhsil pilləsində:

1.Astronomiya

2.Astrofizika

3..Ümumi astrofizika

4.Nəzəri və  praktik astrofizika


Magisratura təhsil pilləsində  :

1.Astrofizikanın müasir problemləri

2.Astrospektroskopiya

3.Ulduz atmosferləri

4.Planet fizikası

5.Praktik astrofizika

6.Astrospektroskopiya

8.Ulduzların daxili quruluşu

9.Günəş fizikası

10.Qalaktikalar və ulduzlararası mühit

11.Relyativistik obyektlər

12.Planetar dumanlıqlar

13.Kosmoloqiya və kosmoqoniya

Xarici əlaqələr

Astrofizika kafedrası Rusiyanın Moskva, Sankt-Peterburq, Türkiyənin İstanbul, Sivas,  İranın Təbriz və Ukraynanın Baş Astronomik Rəsədxanası ilə elmi əlaqələr saxlayır. Professor C.M.Quluzadə İstanbul universitetinə dəvət olunmuş  və 2 il orada Astrospektroskopiya fənninin tədrisini təşkil etmişdir.

Mükafatlandırma
2009-cu ildə kafedranın dosenti  K.I.Aliseva  BDU-nun rektorunun təsəkkürü ilə təltif olunmuşdur.

Professor C.M. Quluzadə 2015 ildə “Asian Transaction” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü və rəyçisi seçilib.

“Avropa nəşr və mətbuat evi” nin mükafat komissiyasının qərarı ilə istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, Günəşin Fraunhofer spektrinin tədqiqi sahəsində apardığı uğurlu elmi tədqiqatlarına, dərs vəsaitlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə fizika elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının müdiri, fizika – riyaziyyat elmləri doktoru, professor Quluzadə Cəfər Müseyib oğlu ən yaxşi vətənpərvər tədqiqatçi alim QIZIL MEDALI ilə təltif olunmuşdur.

 

Bookmark and Share