6 dekabr 2013-cü ildə Bakı şəhərində Bakı Dövlət Universitinin bazasında “Fizikanın aktual problemləri” adlı Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransda Azərbaycanın, Rusiya Federasiyasının,Türkiyə Respublikasının müxtəlif ali məktəblərindən, elmi-tədqiqat institutlarından 243 alim iştirak etmişdir. Konfrans iştirakçıları sıralarında 3 akademik, 3 akademiyanın müxbir üzvü, 33 elmlər doktoru və 113 elmlər namizədi olmuşdur. Konfransda ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin 31 gənc alim və mütəxəssisi də iştirak etmişdir.
Akademik B.M.Əsgərovun 80 illik yubileyinə həsr olunmuş «FİZİKANIN AKTUAL PROBLEMLƏRİ»
BEYNƏLXALQ ELMİ KONFRANSININ M A T E R İ A L L A R I