KAFEDRA HAQQINDA
Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşməsində böyük rolu olmuş, yaşı bir əsrdən çox olan Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrası 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşəbbüsü ilə bərk cisimlər fizikası sahəsində yüksək ixtisaslı kadrlarin hazırlanması məqsədi ilə yaradılmışdır. Yarandığı gündən 2014-cü ilə qədər kafedraya Əməkdar Elm xadimi, Dövlət Mükafatı Laureatı, “Şöhrət” ordenli akademik, fizika-riyaziyyat elmləri doktoru, professor Bəhram Mehrəlı oğlu Əsgərov rəhbərlik etmişdir. 2014-2022-ci illərdə kafedranın müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Novruz oğlu Əliyev olmuşdur. 2022-ci ildən kafedraya fizika-riyaziyyat elmləri namizədi, dosent Mehdi Müqabil oğlu Mahmudov rəhbərlik edir.
Azərbaycanda Bərk cisimlərin nəzəriyyəsi istiqamətində elmi məktəbin yaradıcılarından olan kafedranın ilk müdiri akademik Əsgərov Bəhram Mehrəli oğlu on idən artıq Bakı Dövlət Universitetinin Elmi İşlər üzrə prorektoru vəzifəsində çalışmışdır. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, “Bakı Universitetinin Xəbərləri” jurnalının fizika-riyaziyyat elmləri seriyasının redaktoru, AMEA-nın “Xəbərləri” və bir çox elmi jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Bundan başqa o, Azərbaycan Milli Ensiklopediyasının elmi məsləhətçisi kimi də fəaliyyət göstərmişdir.
Kafedrada akademik Əsgərov Bəhram Mehrəli oğlu ilə yanaşı, uzun illər, professorlar Quliyev Baxşəli İmamqulu oğlu, Əliyev Məmməd Novruz oğlu, Fiqarova Sofya Rüstəm qızı, İsmyılov Taryel Hümbət oğlu, dosentlər Ağamalıyev Əmirulla Qulu oğlu, Həsənov Eldar Rəsul oğlu, Eminov Ramazan Fərrux oğlu, Mahmudov Mehdi Müqabil oğlu, müəllimlər Cəfərov Mahir Ismayıl oğlu, Qədirova İradə Ramiz qızı, Mustafayeva Ruhiyyə Kərəm qızı kimi mütəxəssislər çalışmışlar ki, onlardan da bir çoxu indi də kafedrada öz fəaliyyətini davam etdirir. Qeyd etmək lazımdır ki, kafedra əməkdaşlarınin böyük əksəriyyəti əsasən Sankt-Peterburq, Moskva və Kazan şəhərlərində aspirantura təhsilini alıb dissertasiya işlərini hazırlamışlar.
Bərk cisimlər fizikası kafedrası uzun illər ərzində Rusiya, Türkiyə, Ukrayna və Belarusiyanın aparıcı Ali məktəbləri və elmi mərkəzləri ilə beynəlxalq əlaqələr yaratmışdır ki, bunlardan M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Gaziosmanpaşa, Leninqrad, Kazan, Tomsk, Kiyev, Minsk və Sankt-Peterburq Texniki Universitetləri, A.F.İoffe adına Fizika-Texnika İnstitutu (Sankt-Peterburq), Novosibirsk və Kiyev Yarımkeçiricilər İnstitutlarını göstərmək olar. Bu elmi mərkəzlərin əməkdaşları Bakı Dövlət Universitetinin Bərk cisimlər fizikası kafedrasında mühazirələr oxumuş, elmi seminarların işlərində iştirak etmiş və dissertasiya işlərinin opponentləri kimi çıxış etmişlər. Bundan başqa akademik B.M.Əsgərov, professorlar M.N.Əliyev və T.H.İsmayilov müxtəlif illərdə Hacettepe Üniversitesi (Ankara, Türkiyə), École normale supérieure (Paris, Fransa), Ankara Üniversitesi (Türkiyə) kimi ali məməktəblərdə çalışmış, tədqiqat işləri və elmi seminarlar aparmışlar. Professor B.İ.Quliyev və dosent R.F.Eminov isə 1996-2011-ci illərdə Türkiyənin Van Yüzüncü Yıl Üniversitesinin fizika fakültəsində işləmiş və həmin fakültədə nəzəri fizika kursları tədrisinin əsasını qoymuşlar ki, bu da öz növbəsində Universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Kafedranın əməkdaşları professor S.R.Fiqarova və prof. T.H.İsmayılov 2011 və 2012-ci illərdə Finlandiyanın Oulu şəhərində keçirilən Avropa Birliyinin 7-ci Çərçivə Proqramı üzrə NAPEP layihəsinin (EU FP7-INCO-2010-6 project “Elektronika və fotonika üçün nanotexnologiya platformaları”) seminarlarında elmi məruzələrlə uğurla çıxış etmişlər.
Kafedranın bir çox məzunları dünyanın və Azərbaycanın bir sıra ali məktəblərində və elmi-tədqiqat institutlarında əsası bu kafedrada qoyulmuş elmi istiqaməti davam və inkişaf etdirirlər. Belə ki, kafedrada aspiranturanı keçərək, dissertasiya işini müdafiə edən alimlərdən professor Pənahov Məzahir Məhəmməd oğlu uzun illər Fizika fakültəsinin Ümumi fizika kafedrasının müdiri olmuşdur. Bu kafedranın digər yetirməsi Mehrabov Həmdulla Oruc oğlu Orta Doğu Teknik Üniversitesinin Metallurgiya və Materiallar Mühəndisliyi kafedrasında professor kimi çalışır. Tələbəlik illərində kafedrada ixtisaslaşan və aspiranturada akademik B.M.Əsgərovun rəhbərliyi altında dissertasiya işini müdafiə edən dosent Mahmudov Mehdi Müqabil oğlu hal-hazırda Bərk cisimlər fizikası kafedrasının müdiri olaraq tədris və elmi-tədqiqat işlərini davam etdirir.
Bərk cisimlər fizikası kafedrasında müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitununun əməkdaşları akademik Haşımzadə Firudin Məmməd Əli oğlu, müxbir üzvlər Seyidov Yühənnas Mirhəsən oğlu və Hüseynov Rauf Rüstəm oğlu, professorlar Paşayev Hafiz Mircəlal oğlu və Mehdiyev Məmməd Əzim oğlu müxtəlif ixtisas kurslarından mühazirələr oxumuş, yeni nəzəriyyəçi fiziklərin formalaşmasına öz töhfələrini vermişlər.
Hal-hazırda kafedrada ştat üzrə 7 nəfər professor-müəllim heyəti və 2 nəfər tədris-köməkçi heyət çalişır. Professor-müəllim heyətindən 3 nəfər elmlər doktoru, professor, 2 nəfər elmlər namizədi, dosent, 1 nəfər elmlər namizədi, müəllim və 1 nəfər fəlsəfə doktoru, müəllimdir.
Professor-müəllim heyəti:
1. kafedra müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Mahmudov Mehdi Müqabil oğlu
2. fizika-riyaziyyat elmləri doktoru, professor Əliyev Məmməd Novruz oğlu
3. fizika-riyaziyyat elmləri doktoru, professor Fiqarova Sofya Rüstəm qızı
4. fizika-riyaziyyat elmləri doktoru, professor İsmayılov Taryel Hümbət oğlu
5. fizika-riyaziyyat elmləri namizədi, dosent Həsənov Eldar Rəsul oğlu
6. fizika-riyaziyyat elmləri namizədi, müəllim Qədirova İradə Ramiz qızı
7. fizika üzrə fəlsəfə doktoru, müəllim Mustafayeva Ruhiyyə Kərəm qızı
Tədris-köməkçi heyət:
1. böyük laborant Bayramova Günel Asəf qızı
2. böyük laborant Güləhmədova Sona Nəriman qızı
KAFEDRANİN ELMİ FƏALİYYƏTİ
Bərk cisimlər fizikası kafedrasının əsas elmi istiqaməti - kondensə olunmuş mühitlərdə o, cümlədən yarımkeçiricilərdə, metallarda, yarımmaqnit yarımkeçiricilərdə, bərk cisim əsaslı aşağıölçülü elektron sistemlərində və həmçinin ifratqəfəsli bərk cisimlərdə kinetik, termodinamik, maqnit və optik xassələrin nəzəri tədqiqidir.
Kafedranın elmi-tədqiqat işlərinin mövzusu üzrə aşağıdakı əsas elmi nəticələr alınmışdır:
Güclü maqnit sahəsində yerləşmiş metal və yarımkeçiricilərdə termomaqnit hadisələrinin kvant nəzəriyyəsi qurulmuşdur. Kvantlayıcı maqnit sahəsi olduqda termomaqnit cərəyanının hesablanma metodu ilk dəfə təklif olunmuşdur. Faktik olaraq bu metodun yaranması ilə bərk cisimlərdəki elektron köçürmə hadisələrinin nəzəriyyəsində yeni istiqamət inkişaf etməyə başlayır. Xüsusi halda Şubnikov-de Haaz və maqnetofonon rezonansının ossillyasiyaları tədqiq olunmuşdur. İlk dəfə olaraq elektronların fononlar tərəfindən sövq olunmasının statistik qüvvəsi anlayışı daxil edilmişdir.
Aşağıölçülü elektron sistemlərində termodinamik və köçürmə hadisələrinin ardıcıl nəzəriyyəsi qurulmuşdur. Cırlaşmış keçirici kvant təbəqələrində mənfi maqnit müqaviməti kimi keyfiyyətcə yeni hadisənin varlığı haqqında fikir irəli sürülmüşdür. Klassik və kvantlayıcı maqnit sahələrində yerləşmiş ifratqəfəslərdə termomaqnit və qalvanomaqnit hadisələri tədqiq edilmiş və uyğun kinetik əmsalların işarəsinin dəyişməsi müşahidə olunmuşdur. Kvantlayıcı maqnit sahəsində maqnit müqavimətinin ossillyasiyalarına elektronun spininin təsiri araşdırılmışdır. Qalvanomaqnit və termomaqnit hadisələrinin, o cümlədən kvant ifratqəfəslərində termoelektrik hərəkət qüvvəsinin nəzəriyyəsi qurulmuşdur.
Yarımkeçiricilərdə, kvant məftilləri və kvant çuxurlarında optik hadisələrin xətti və qeyri-xətti nəzəriyyəsi inkişaf etdirilmişdir. Bu istiqamətdə yarımkeçiricilər və yarımmetallarda, həmçinin invers yarımkeçiricilərdə Raman səpilməsi, Faradey effekti və işığın ikifotonlu udulma hadisələri tədqiq olunmuşdur.
Xarici elektrik və maqnit sahələrində olan çoxvadili yarımkeçiricilərdə cərəyan rəqslərinin dayanıqsızlıq nəzəriyyəsi qurulmuşdur.
Paramaqnit ionlu diamaqnit kristallarda, yarımmaqnit yarımkeçiricilərdə müasir nəzəri metodlarla dinamik effektlər tədqiq edilmişdir.
Kafedranın professor-müəllim heyəti tərəfindən bərk cisimlər fizikasına böyük elmi töhvələr verilmiş, mühüm elmi nəticələr alınmışdır. Belə ki, kafedra əməkdaşlarının aldıqları elmi nəticələr “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin “Web of Science” bazasına daxil olan “Physical Review” (ABŞ), “Nanotechnology” (ABŞ), Comptes Rendus de l'Académie des Sciences Paris (Fransa Elmlər Akademiyasının hesabatları), A Letters Journal Exploring the Frontiers of Physics (EPL) (Fransa), “Physica Status Solidi” (Almaniya), “J.Phys. Condensed Matter” (İngiltərə), “Optical and Quantum Electronics” (İngiltərə), "Philosophical Magazine Letters" (İngiltərə), “Physica E: Low-Dimensional Systems and Nanostructures” (Niderland), “Superlattices and Microstructures” (Niderland), “Thin Solid Films” (Niderland) “Japanese Journal of Applied Physics” (Yaponiya), “Journal of Nano Research” (İsveçrə), “Физика твердого тела”, “Физика и техника полупроводников”, “Письма в ЖЭТФ”, Известие Вузов России "Физика" (Rusiya), “Journal of the Korean Physical Society” (Koreya) kimi yüksək impakt faktorlu xarici və yerli elmi jurnallarda dərc olunmuş, həmçinin xarici və respublika səviyyəli elmi konfranslarda məruzə edilmişdir.
Bərk cisimlər fizikası kafedrasının əməkdaşları İngiltərə, Fransa, Rumınya, Russiya, Almaniya, İspaniya, Polşa, Yunanıstan, Türkiyə, İran, Avstraliya, ABŞ, Arqentina kimi ölkələrdə keçirilmiş beynəlxalq elmi konfrans, simpozium və seminarların işlərində uğurla iştirak etmişlər.
Kafedra əməkdaşlarının elmi işlərinə “Web of Science” bazasına daxil olan və Elsevier, Springer, Wiley, Taylor & Francis, The Royal Society Publishing və s. kimi nəşriyyatlarda dərc olunan çox nüfuzlu xarici jurnallarda (Nature, Science, American Institute of Physics, Institute of Physics), doktorluq dissertasiyalarında (Van der Waals - Zeeman Institute, University of Amsterdam, Netherlands və California Institute of Technology,USA) və bir çox monoqrafiyalarda (Wiley, World Scientific Publishing, Наука, Наукова Думка nəşriyyatları) çoxsaylı istinadlar edilmişdir. Bu orijinal elmi nəticələrə olan istinadlara nümunə olaraq А.И.Ансельм "Введение в теорию полупроводников", Л.Бонч-Бруевич, С.Г. Калашников "Физика полупроводников" (Москва, “Наука”,) monoqrafiyalarını, Драгунов В.П., Неизвестный И.Г., Гридчин В.А. “Основы наноэлектроники” (Новосибирск, “Наука”) dərs vəsaitlərini və “Физическая энциклопедия” (Москва, Издательство "Большая Российская энциклопедия", т.5) энциклопедический словарь "Физика твердого тела" (Киев, Наукова Думка) ensiklopediyalarını göstərmək olar.
Kafedranın mövzusu istiqamətində dərc olunmuş monoqrafiyalar:
Doktorantura və aspirantura xətti ilə kafedrada Bərk cisimlər fizikası ixtisası üzrə 6 fizika-riyaziyyat elmləri doktoru, 25-dən artıq fizika-riyaziyyat elmləri namizədi və fizika üzrə fəlsəfə doktoru hazırlanmışdır.
KAFEDRANIN TƏDRİS FƏALİYYƏTİ
Kafedranın professor-müəllim heyəti bakalavr təhsil pilləsi üzrə Fizika və Fizika müəllimliyi ixtisasları üçün mühazirələr oxuyur və məşğələ dərsləri aparırlar. Bakalavr pilləsi ilə yanaşı kafedrada Bərk cisimlər fizikası ixtisaslaşması üzrə magistr hazırlığı həyata keçirilir.
Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş bütün fənlər üzrə tədris proqramları hazırlanmış və bu fənlər üzrə tədris mövcud sillabus və təqvim-tematik planlara uyğun olaraq aparılır. Kafedra əməkdaşları tərəfindən tələbəlrin bakalavr buraxılış işlərinə və magistr dissertasiya işlərinə rəhbərlik edilir. 1997-ci ildən hal-hazırkı dövrədək kafedrada 100-dən cox magistr dissertasiya işi yazılmış və müvafiq şurada müdafiə edilərək yüksək qiymətləndirilmişdır. Bundan başqa professor-müəllim heyəti tərəfindən kafedrada tələbələrin tədris və pedaqoji təcrübələrinə rəhbərlik edilir.
Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsilin bakalavr pilləsində tədris olunan fənlər:
Tədris proqramlarının tələbələr tərəfindən yükcək səviyyədə mənimsənilməsi üçün kafedranın əməkdaşları tərəfindən ali məktəblər üçün azərbaycan və rus dillərində bir sıra dərslik və dərs vəsaitləri çap olunmuşdur. Onlardan aşağıdakıları göstərmək olar:
Bundan başqa kafedra əməkdaşları Həsənov E.R. və Ağamalıyev Ə.Q. tərəfindən L.D.Landaunun nəzəri fizika kursu seriyasından “Mexanika” I cild və “Statistik fizika” V cildləri azərbaycan dilinə tərcümə olunaraq “Elm” nəşriyyatı tərəfindən uyğun olaraq 2014 və 2012-ci illədə çap olunmuşdur.
Bakalavriat üzrə tədris proqramları
Kafedranın professor-müəllim heyətinin bakalavr təhsil pilləsi üzrə Fizika və Fizika müəllimliyi ixtisasları üçün hazırladığı Fənn proqramları:
Magistratura ixtisaslaşmaları və hər ixtisaslaşma üzrə tədris olunan fənlər
Kafedrada Bərk cisimlər fizikası ixtisaslaşması üzrə magistr hazırlığı həyata keçirilir. Kafedranın professor-müəllim heyəti tərəfindən ali təhsilin magistr pilləsində tədris olunan fənlər:
Əsas fənlər:
Seçmə fənnlər:
Magistratura tədris proqramları
Kafedranın professor-müəllim heyətinin magistr təhsil pilləsi üzrə Bərk cisimlər fizikası ixtisaslaşması üçün hazırladığı Fənn proqramları (azərbaycan və rus bölmələri):
BƏRK CİSİMLƏR FİZİKASI KAFEDRASI ÜZRƏ STATİSTİK MƏLUMATLAR
Bərk cisimlər fizikası ixtisaslaşması üzrə magistr dissertasiya işlərinin mövzuları
2016-2018
2017-2019
2018-2020
2019-2021
Bərk cisimlər fizikası ixtisaslaşması üzrə magistr dissertasiya işlərinin müdafiəsi
Buraxılış ili |
Məzunların ümumi sayı |
100 ballıq şkala |
|||||
91-100 |
81-90 |
71-80 |
61-70 |
51-60 |
0-50 |
||
2016-2018 |
5 |
5 |
- |
- |
- |
- |
- |
2017-2019 |
5 |
5 |
- |
- |
- |
- |
- |
2018-2020 |
6 |
6 |
- |
- |
- |
- |
- |
2019-2021 |
4 |
4 |
- |
- |
- |
- |
- |
Doktorantura üzrə ixtisaslar
Kafedrada 2211.01 - Bərk cisimlər fizikası ixtisası üzrə elmlər doktoru və fəlsəfə doktoru proqramı üzrə doktorant hazırlığı həyata keçirilir.
Bərk cisimlər fizikası kafedrasında 2211.01 - Bərk cisimlər fizikası ixtisası üzrə təhsil alan doktorantların 2017-2021-ci illərdə beynəlxalq və yerli elmi mətbuatda 45-dən artıq elmi işi dərc edilmişdir.
Doktorantura dissertasiya mövzuları
Elmlər doktoru proqramı üzrə:
Ffəlsəfə doktoru proqramı üzrə:
Elmi istiqamət və elmi-tədqiqat mövzuları
İstiqamət: Bərk cisimlər fizikası
1. Bərk cisimlərdə dinamik effektlərin maqnitorezonans tədqiqi
Mövzunun rəhbəri: professor Məmməd Əliyev
İcraçılar: Məmməd Əliyev
Məqsəd: Statistik mexanika və Qrin funksiyası kimi müasir nəzəri metodla maqnit rezonans udulma əyrisini araşdıraraq mürəkkəb sistem olan yarımmaqnit yarımkeçiricilərdəki dinamik prosesləri atom səviyyəsində öyrənmək
Nəticə: Yarımmaqnit yarımkeçiricidə nüvə maqnit rezonans xəttinin forması aşağı temperaturlarda Qrin funksiyası metodu ilə tədqiq edilərək nüvə maqnit rezonansının eni, sürüşməsi və ifratincə qarşılıqlı təsir əmsalları təyin edilmişdir
Təcrübi əhəmiyyəti: Nüvə maqnit rezonansı metodu ilə yarımmaqnit yarımkeçirici tip mürəkkəb birləşmələrdə atom səviyyəsində informasiyanın alınması
2. İfratqəfəsli elektron sistemlərində termomaqnit hadisələr
Mövzunun rəhbəri: professor Sofya Fiqarova
İcraçılar: Sofya Fiqarova, Mehdi Mahmudov
Məqsəd: İfratqəfəsli elektron sistemlərində yükdaşıyıcıların akustik, optik fononlar və aşqar ionlardan səpilməsi halında termoelektrik hərəkət qüvvəsinin nəzəri tədqiq etmək
Nəticə: Maqnit sahəsində yerləşmiş ifratqəfəslərdə elektron qazının fononlar və aşqar ionlardan səpilməsi halında termoelektrik hərəkət qüvvəsi hesablamış, onun maqnit sahəsindən və ifratqəfəsin parametrlərindən asılılığı öyrənilmişdir.
Təcrübi əhəmiyyəti: Fiziki xassələri qabaqcadan proqnozlaşdırıla bilən termoelektrik materilların alınmaı və onların əsasında müxtəlif termelektrik cihazların hazırlanması
3. Raşba qarşılıqlı təsirli elektron sistemlərinin enerji spektri və optik xassələri
Mövzunun rəhbəri: professor Taryel İsmayılov
İcraçılar: Taryel İsmayılov, Ruhiyyə Mustafayeva
Məqsəd: Yarımkeçirici əsaslı Raşba qarşılıqlı təsirli elektron sistemlərinin maqnit sahəsində enerji spektrinin tapılması, Raşba qarşılıqlı təsirli kvant nöqtəsində optik udulma və Raman səpilməsini nəzəri öyrənmək
Nəticə: Raşba qarşılıqlı təsirli elektron sistemlərində - müxtəlif formalı kvant məftili və kvant nöqtələrində yükdaşıyıcıların enerji spektri Şredinger tənliyi ilə hesablanmışdır. Kvant nöqtəsində işığın udulma əmsalı və elektron Raman səpilməsinin diferensial effektiv kəsiyi üçün işığın tezliyindən və polyarlaşma vektorundan, kvant nöqtəsinin radiusundan, hündürlüyündən və Raşba parametrindən asılı analitik ifadələr tapılmışdır.
Təcrübi əhəmiyyəti: Raman səpilməsindəki rezonans tezliyinin ifadəsindən birbaşa olaraq Raşba parametrinin tapılması
4. Kvant çuxuruna malik yarımkeçirici strukturlarda optik keçidlər
Mövzunun rəhbəri: f.r.e.n. İradə Qədirova
İcraçılar: İradə Qədirova
Məqsəd: Kvant çuxuruna malik yarımkeçirici strukturlarda qeyri xətti effektləri, altzonalararası optik keçidləri və elektron-fonon qarşılıqlı təsiri nəzərə alınmaqla optik keçidləri nəzəri araşdırmaq
Nəticə: A3B5 tipli yarımkeçirici əsaslı kvant çuxurunda polyar optik fononların elektronun enerji spektrinə təsiri öyrənilmişdir. Əlavə asimmetrik həddə malik modifikasiya olunmuş Peşl-Teller potensiallı kvant çuxuru üçün həyəcanlanma nəzəriyyəsinin ikinci tərtıbində elektronun əsas və birinci həyəcanlanmış hallarının enerjiləri, elektronun effektiv kütləsi və altzonalararası optik keçid enerjisi hesablanmışdır
Təcrübi əhəmiyyəti: Fononların optik keçid enerjisinə təsiri məhdudlaşdırııcı potensialın profilindən asılı olması şərtindən istifadə edərək kvant çuxuru parametrlərinin təcrübi tapılması
Elmi-tədqiqat layihələri
Mövzu: “Nanostrukturların qeyri-xətti optik xassələri və metamateriallarda faza effektləri”. Grant N EIF-2013-9(15)-46/04-1
Donor: Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
Müddət: 2015-2016
Layihənin rəhbəri: prof. İsmayılov Taryel
İcraçılar: prof. Fiqarova Sofya, prof. Qasımova Rəna
Kafedrada dərc olunmuş elmi əsərlər
Kafedranın əməkdaşları tərəfindən son 5 ildə (2016-2021) dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin “Web of Science” bazasına daxil olan indeksləşən xarici və yerli elmi jurnallarda 100-dən artıq məqalə dərc olunmuş, həmçinin xarici və respublika səviyyəli elmi konfranslarda çoxsaylı məruzələr edilmişdir. Bu məqalələrin 35-dən çoxu yüksək impakt faktoru olan xarici elmi jurnallarda çap olunmuşdur.
Kafedrada keçirilən elmi tədbirlər
Bərk cisimlər fizikası kafedrasında mütəmadi olaraq ayda bir neçə dəfə professor-müəllim, doktorant və magistrantların elmi seminarları keçirilir. Adətən digər kafedralar və ya elmi-tədqiqat mərkəzləri ilə müştərək keçirilən bu seminarlarda kafedra əməkdaşlarının apardığı tədqiqat işlərinin aktuallığı, qarşıya qoyulan prioritet məsələlər, aparılmış hesablamalar, əldə olunmuş elmi nəticələr, alınmış nəticələrin nüfuzlu elmi jurnallarda dərci, həmin tədqiqatların üstünlükləri və tədqiqatlarla bağlı problemlər haqda seminar iştirakçılarına ətraflı məlumat verilir. Seminar iştirakçılarının böyük maraqla qarşıladığı bu məruzələrin mövzuları ətrafında geniş müzakirələr aparılır və onların sualları cavablandırılır.