Faiq Əhmədov
Fizika-riyaziyyat elmləri doktoru, professor, Optika və molekulyar fizika kafedrasının müdiri
İş Telefonu: +(994) 12 439 05 07
E-mail: farax1993@rambler.ru
QISA BİOQRAFİK MƏLUMAT
1940-cı il oktyabrın 16-da Şəki şəhərində anadan olub.
1957-ci ildə Şəki şəhərində orta məktəbi bitirib.
1957-1962-ci illərdə BDU-nun fizika-riyaziyyat fakültəsində təhsil alib.
1962-1965-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirant olub.
Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1994 ildən – h/h Optika və molekulyar fizika kafedrasının professoru, kafedra müdiri
1992-ci il, fizika-riyaziyyat elmləri doktoru, “Quruluş xüsusiyyətlərini nəzərə alaraq makromolekulyar sistemlərdə relaksasiya keçidlərinin tədqiqi”
1971- ci il, Optika və molekulyar fizika kafedrasının dosenti
1966-cı il, fizika- riyaziyyat elmləri namizədi, “Kristallaşan polimerlərin mexaniki xassələrinin tədqiqi ”
ƏMƏK FƏALİYYƏTİ
1966 - h/h, Optika və molekulyar fizika kafedrasında çalışır.
Apardığı dərslər: Ümumi fizika kursu, Makromolekulların quruluşu və xassələri, Molekulyar qüvvələrin kvant nəzəriyyəsi, NMR və EPR üsulları ilə molekulun quruluşunun və xassələrinin öyrənilməsi
100-dən artıq elmi məqalənin və 12 kitabın müəllifidir.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2003, Bakı, Azərbaycan, “Müasir fizikanın aktual problemləri” Respublika Konfransı
2004, Bakı, Azərbaycan, “Fizikanın aktual problemləri” III Respublika Elmi Konfrans
2005, Bakı, Azərbaycan, Beynəlxalq Elmi Konfrans
2006, Bakı, Azərbaycan, “Fizikanın aktual problemləri” IV Respublika Elmi Konfransı
2007, Bakı, Azərbaycan, «Fizikanın aktual problemləri” I Respublika Elmi Konfransı
2008, Bakı, Azərbaycan “Fizikanın aktual problemləri” V Beynəlxalq Elmi-Texniki Konfrans
TƏDQİQAT SAHƏSİ
Elmi işləri makromolekulyar sistemlərdə gedən relaksasiya proseslərinin nəzəri tədqiqinə həsr olunmuşdur.
O, polimerlərin relaksasiya mexanizmini araşdırmaq üçün dəyişən parametrli modellər təklif etmiş və onların əsasında müxtəlif quruluş xüsusiyyətlərinə malik olan sistemlərin özlüelastik xassələrinin ümumi və fərqli cəhətlərini göstərmişdir.
Makromolekulyar sistemi təşkil edən kinetik vahidlər arasındakı qarşılıqlı təsirin xarakterinin relaksasiya müddətləri spektrinə, spektral xəttlərin eninə təsirini nəzəri olaraq hesablamışdır.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
KİTABLAR