Home Aze Ru Eng

Həsənov Alim Əhməd oğlu

HƏSƏNOV ALIM ƏHMƏD OĞLU

BDU-nun fizika fakültəsinin Maddə quruluşu kafedrasının baş müəllimi,
fizika-riyaziyyat elmləri namizədi,
İş telefonu: 439-09-14
E-mail: alim1@rambler.ru

QISA BİOQRAFİK MƏLUMAT

Həsənov A.Ə. 13 iyun 1959-cu ildə Şəmkir rayonununu Seyfəli kəndində anadan olmuşdur.
1966-cı ildə Şəmkir r-nun Çinarlı qəsəbəsində 1-ci sinfə getmiş, 1976-cı ildə həmin məktəbi bitirmişdir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1976-cı ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Adlı təqaüdçü olmuşdur.
1994-çü ildə “Bir sıra Na qeyri-üzvi duzlarının sulu məhlullarının nisbi hidrofobluğu” mövzusunda “Molekulyar fizika və istilik fizikası” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1981-1984-cü illərdə təyinatla Azərbaycan Elmlər Akademiyasının Bioloji Tədqiqatlar Elm Mərkəzində baş laborant işləmişdir. Həmin müddətdə Rusiyanın Moskva şəhərində Elementarüzvi Birləşmələr

İnstitutunda ixtisasını artırmışdır.
1985-ci ildən 1992-ci ilədək və 1994-cü ildən 2003-cü ilədək BDU-da laborant, mühəndis, elmi işçi işləmişdir.
1992-1994-cü illərdə Gəncə Dövlət Universitetinin elmi hissəsində elmi işçi vəzifəsində çalışmışdır.
2003-cü ildən indiyədək “Maddə quruluşu” kafedrasında baş müəllim vəzifələrində çalışır.

TƏDQİQAT SAHƏSİ

Həsənəv A. Ə. Suyun biofizikası istiqamətində elmi-tədqiqat işləri aparır. İlk dəfə olaraq qeyri-üzvi duzların və yüksəkmolekillu birləşmələrin sulu məhlullarının nisbi hidrofobluq¬larının kəmiyyətcə təyin olunması

metodunu işlərində tətbiq etmişdir. Bu metodun köməyilə o, qanda və ümumiyyətcə orqanizmdə adi kinetik metodlarla təyin edilə bilməyən patalogiyaların müəyyən edilməsi imkanını aşkar etmişdir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1. 1992, Ankara, Turkey, II Turkish – Azerbaijani a Polymer Symposium.
2. 2000, May, Erzurum, Ataturk University, Turkey, III National Atomic and Molecular Physics Symposium.
3. 2001, July, Kyoto, Japan, 4th International Conference on Biological Physics

SEÇİILMIŞ ƏSƏRLƏRİ

Həsənəv A. Ə. indiyədək Respublika və Beynəlxalq elmi mətbuatında dərc edilmiş 50-dən artıq məqalə və tezisin müəllifidir. “Fizikadan testlər” (1992), “Fizika məsələlərini necə həll etməli” (1994, 2000, 2002, 2007), “Elementar fizika kursu” (2002) adlı kitabların müəllifidir.
1. Masimov A.A., Zaslavsky B.Yu., Gasanov A.A., Rogozhin S.V. Thermodynamic properties of aqueous solutions macromolecular compounds. I. Solutions of polyethylene glycol and polyacrylamide. – Journal of Chromatography, 284, 1984, pp. 337-348.
2. Zaslavsky B.Yu., Rogozhin S.V., Baevskii A.A., Gedrovich A.V., Shishkov A.V., Masimov A.A., Gasanov A.A. Relative hydrophobicity of synthetic macro-molecules. I. Polyethylene glycol, polyacrylamide and polyvinylpyrrolidone. – Journal of Chromatography, 285, 1984, pp. 63-68.
3. Masimov A.A., Zaslavsky B.Yu., Rogozhin S.V., Gasanov A.A., Gulyaeva N.D. An experimental approach to evolution of the relative hydrophobic character of biological liquids and tissues – Molecular and Cellular Biochemistry, v.65, 1984. 6 p.
4. Масимов Э.А., Гасанов А.А., Исмаилова Р.Н. К определению структурной температуры воды. – Вестник БГУ, серия физ.-мат. Наук, 2000.
5. E.A.Masimov, A.A.Hasanov, R.N.Ismailova, Kh.T.Akhmedova. The Structure Temperature, the Relative Hydrophobicity and the Disintoxication Property of Physioloqical Solutions of Aqarose. 4-th İnternational Conference on Bioloqical Phusics. July 30-Auqust 3, 2001. Kyoto İnternational Conference Hall, Kyoto, Japan.
6. E.A. Masimov, A.A. Hasanov, Kh.T. Akhmedova. Investigation of relative hydrophobicity of aqueous solutions of some sodium salts – Bakı Universitetinin Xəbərləri, № 1, 2002

KİTABLAR

1. Zeynalov Z.M., Həsənov A.Ə. Fizikadan testlər – GDPİ-nin nəşriy., Gəncə, 1993, 106 s.
2. Həsənov A.Ə. Fizika məsələlərini necə həll etməli ? – «Aytac» nəşr., Bakı, 2000, 224 s.
3. Həsənov A.Ə. Elementar fizika kursu – «Nurlan» nəşr., Bakı, 2002, 336 səh.

Bookmark and Share