Home Aze Ru Eng

I kurs tәlәbәlәri ilə görüş keçirilib

28.10.2014 tarixindә, BDU-nun akt zalında fizika fakültәsinin 1-ci kurs tәlәbәlәrinin fakültәnin dekani, prof. M.Ramazanov, kafedra müdirlәri və kafedraların aparıcı müәllimlәri ilə görüşü keçirilmişdir. Görüşdә fizika fakültәsinin dekanı prof. M.Ramazanov, kafedra müdirlәri prof. E.Mәsimov, prof. Ə.Abdinov, prof. C.Quluzadә, prof. R.Qasımova, prof. I.Әliyev, dos. M.Rәcәbov, dos. M.Mahmudov ve b. iştirak etmişdirlәr. Bakı Dövlәt Universiteti Fizika fakültәsi Tәlәbә Elmi Cәmiyyәtinin tәşkil etdiyi bu görüşdә dekan vә kafedra müdirlәri rәhbәrlik etdiklәri kafedralar haqqında danışmış, kafedralarının elmi istiqamәtlәri ilә tәlәbәlәri tanış etmişdirlәr. Görüşdә fakültә dekanı prof. Mәhәmmәdәli Ramazanov çıxış etmiş, Tәlәbә Elmi Cәmiyyәtinin fәaliyyәtini yüksәk qiymәtlәndirmiş, tәlәbәlәrә öz tövsiyyәlәrini vermişdir. Hәmçinin görüşdə "Fizika tarixi" mövzusunda maraqlı prezentasiya tәqdim olunmuşdur.

Bookmark and Share